2017-ci ildə Bitcoin “google”-da ən çox axtarılanlar sırasında

Bitcoin Google
27 Dekabr 2017

2017-ci il Bitcoin və digər kriptovalyutaların uğur qazanması ilə yadda qaldı. Bitcoin-in olduqca çox dəyər qazanması insanların diqqətini cəlb etdi.

“Google Trends”-in hazırladığı “2017-ci ildə ən çox axtarılanlar” siyahısında Bitcoin qlobal təkmilləşdirmə kateqoriyasında 2-ci yeri tutur. “Necə etmək olar” kateqoriyasında isə “Bitcoin-i necə almaq olar” sualı 3-cü yerdədir.

İnsanların Bitcoin-ə olan fövqəladə diqqəti

Xüsusilə 2017-ci ilin 3-cü və 4-cü yarısında media və adi insanlar Bitcoin haqqında danışırdı. Maliyyə sahəsində bir ço təşkilat kriptovalyutalara qarşı olduqca neqativ fikirlər səsləndirirdi. Buna rəğmən, blockchain texnologiyasına olan heyranlıq şirkət rəhbərləri tərəfindən qeyd edilmişdi.

Bitcoin-ə olan marağın əsas səbəbi sürətli qiymət artımıdır. “Google Trends” qraikindən göründüyü kimi Bitcoin axtarışları il boyunca sabit bir şəkilde artıb. Avqustdan etibarən qiymət artdıqca, axtarışların sayında da irəliləmə müşahidə olunub. Banklar, investisiya şirkətləri və “Wall Street” kriptovalyuta dünyasında böyük rol oynayıb. Bitcoin 7 gün ərzində 8 min dollardan 12 min dollaradək dəyər qazandı.

Bəs, ilk yerdə nə durur?

Bitcoin-in “Google Trends” qlobal xəbərlər siyahısında 2-ci yeri tutması böyük nəticə sayıla bilər. Bu hadisə Şimali Koreyada ballistik raket sınağı, Las-Veqasda qətliam, terror olayları kimi digər məsələləri qabaqlayıb.

Ancaq Bitcoin kimi uğurlu bir nəsnəni bu siyahıda qabaqlayan hadisə də var. Bu, “İrma” qasırğasıdır. Qasırğa bölgədə 67 milyard dollarlıq bir zərər meydana gətirdi, 134 nəfər həlak oldu. ABŞ, Puerto-Riko və Kubada böyük enerji miqdarı itirildi.

Bitcoin hal-hazırda da diqqət mərkəzindədir. Son günlər dəyərdən düşmə prosesi yaşansa da, bu, müvəqqətidir. Keçmişdə də bu kimi hallar baş verib.

Bununla yanaşı, insanların Bitcoin-i unutduğu, kiber hücumlar və digər xoşagəlməz hadisələr də yaşanıb. 2018-ci ildə nələrin baş verəcəyini zaman göstərəcək.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.