Ripple dayanmaq bilmir: 3 dolları keçdi

04 Yanvar 2018

1 dolları keçməsindən cəmi 2 həftə sonra San-Fransisko mərkəzli startap olan Ripple (XRP) 3 dollara çatıb.

“CoinMarketCap”-in məlumatlarına görə, XRP son 24 saatda 30 % bahalaşıb. Bu nəticə ilə Ripple həftə ərzində ümumilikdə 144 %, ay ərzində isə 1000 faizdən çox dəyər qazanıb. Ən böyük kriptovalyutalardan olan XRP 30 gün əvvəl 0.26 dollara satılırdı. Onun qazandığı uğur ən etibarlı kriptovalyutalardan biri kimi qəbul edilməyə səbəb oldu.

Xxəbərin yazıldığı saatlarda XRP uzun müddətdir bazar həcmi baxımından ən böyük ikinci kriptovalyuta olan Ethereum-a qarşı üstünlüyünü daha da möhkəmləndirib. 24 saat əvvəl Ethereum-dan 50 milyard dollar öndə olan XRP -nin bazar həcmi 145 milyard dollara çatıb. Ethereum-da isə bu rəqəm 92 milyarda bərabərdir.

Ripple böyüyərkən ümumilikdə kriptovalyuta bazarı da bu yüksəlişə biganə qalmadı. Kriptovalyuta bazarının ümumi bazar həcmi 750 milyard dolları keçdi.

Hazırda ən böyük 20 kriptovalyutadan əksəriyyəti yüksəliş müşahidə edir.

coinmarketcap-screen

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.