Ethereum dünyasında yaşayırıq

09 Yanvar 2018

Yeni bir bazar kapitallaşması

Kriptovalyuta bazarında baş verən yüksəliş həqiqətən danılmazdır. Artıq ümumi bazar həcmi 800 milyard dolları keçib. Tezliklə 1 trilyon dollara çatması gözləniləndir. İlin əvvəlində 670 milyard dollar civarındakı göstərici bir neçə gün ərzində olduqca müsbət tərəfə irəlilədi. Ethereum fondlarının xüsusilə möhkəmlənməsinə şahid olduq.

Ağıllı müqavilələr dünyası

Bazar qiymətinin bir anda artmasına baxmayaraq, əvvəlcə 750 milyard dollar, daha sonra 1 trilyon dollar – Ethereum-un işini bitmiş hesab etməməliyik. Amma Ethereum bazarda yeganə element deyil. Altcoinlərin Ethereum-un blok zəncirinə töhvə verməsi tərəflər arasındakı platforma ağıllı bir müqavilə etdi – bizim sevimli birjamızın da pul axınından böyük ölçüdə faydalanıb. Misal olaraq, Ethlend, (ETH və ERC20 vahidlərinə əsaslanan az tanınmış platforma) bu yüksəlişlə qiymətini 2 dəfədən çox artırdı. Tron-un (TRX) qiyməti bu yüksəliş axınının əvvəlində 5 sentdən 20 sentədək yüksəldi.

Ancaq bunlar tək nümunələr deyil. Keçən həftələr ərzində baxmamısınızsa, indi öz cüzdanlarınıza nəzər yetirin. Qarşılaşdığıız hal sizi təəccübləndirə bilər. Belə görünür ki, Ethereum əsaslı bir dünyada yaşayırıq və ötən ilki yarım trilyon dollarlıq bazardan sonra gözlədiyimiz “yüksəliş və eniş” cərəyanına bənzəmir.

Bazarda gələcək proqnozlar

Sevdiyimiz bütün altcoinlərin yüksəlişi Ethereum-un qiymətindəki qismən azalmalardan dolayı gözlənilən səviyyədə müəyyən olunur. Görünür, yeni kriptovalyuta əsaslı mərhələdə pul artıq Bitcoin-in qravitasiya qüvvəsinə müqavimət göstərə bilmir. Onun yerini Ethereum-u pul vahidlərinə köçürdükdən sonra daha az tanış olan valyutalar aldı.

Bitcoin hələ də nüfuzunu qoruyur

Böyük yüksəliş xüsusi risklərlə də assosiasiya olunur. Həmin valyutaların bizə təklif etdiyi şans dənizinə baş vurduqda, əsl “kral” olan Bitcoin-in təsirindən həm çəkinməli, həm də məmnun qalmalıyıq. Nəticədə, bazarda bu qədər pul olduğu halda Bitcoin çətin günlərini arxada qoyub və zirvədəki yerini qoruyur.

BTC-in yüksəlməsindən sonra, Ethereumun-un təsiri müvəqqəti olaraq azalır. Günün sonunda əldə edilən gəlirin həcmi insanların sərvətini qorumaq məqsədi daşıyır. Bununla yanaşı, Bitcoin-in hələ də zirvədə olduğunu qəbul etmək lazımdır.

Nəticə

Ethereum-un vəya Bitcoin-in tərəfdarı olun, bu yeni bazar kapitallaşması ilə birlikdə ikisinə də yer olduğundan, şans sizin tərəfinizdə olacaq. Ethereum-un işləkliyi və onun törəmələri inkaredilməz faktordur. Ağıllı müqavilənin (smart contract) hamımıza göstərdiyi təsir, şübhəsiz ki, gələcək illərdə möhkəmlənəcək və sənədləşdiriləcəkdir. Satoşinin Bitcoin-inə nəzər salsaq, digər bir bazarda rahat bir mövqeyə gəldiyimiz zaman ona hörmət etmək məcburiyyətindəyik.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.