TRON böyük dəyər qazandı

09 Yanvar 2018

Kriptovalyuta bazarının son vaxtlar ciddi yüksəlişi ilə əlaqədar bir çox proqram rəhbəri də altcoin istehsal edərək bu prosesə qoşulub. TRON da həmin altcoinlərin arasındadır.

Kriptovalyuta bazarına 18 sentyabr 2017-ci ildə daxil olan TRON özünü Blockchain əsaslı bir platforma olaraq təyin edir. TRX sisteminin alt quruluşunda istifadə olunan protokol, istifadəçilərin sərbəst şəkildə, mərkəz olmadan istədikləri məlumatları yayımlamasına, abunə olunmasına və digər üstünlükləri təmin etməsinə hesablanıb.

TRX, yığılmış saxlama texnologiyasından istifadə edir. Bunun sayəsində dünya səviyyəsində bir çox insana müraciət edəcək mərkəzsiz əyləncə sistemi qurmağı hədəfləyir. Xüsusilə kiçik investorların altcoinlərə müraciət etməsi ilə bərabər yüksəliş qazanan XRP bir neçə gündür öz mövqeyini qoruyur.

TRX-in əsas fəaliyyət prinsipləri mövcuddur. Onları belə izah etmək olar:

Məlumat azadlığı: Platforma hər növ məzmun yükləmək üçün pulsuzdur. Eyni zamanda, saxlama və məlumatların yayılmasında heç bir məhdudiyyət yoxdur.

Məzmunun təmin edilməsi: Sistemdə yer alan məzmunlar sayəsində rəqəmsal məlumatlar əldə olunur.

Platformanın işləmə mexanizmi belədir:

Şəxsi ICO: Platforma üzvləri ICO təşkil edə bilər. Bu halda rəqəmsal olaraq əldə edilən aktivlər də paylana bilər.

Ötən həftələr ərzində TRON-un təsisatçısı olan Castin San şəxsi hesabı vasitəsilə bəzi açıqlamalarla yadda qalıb. Yaxın zamanda çox böyüyəcəklərini ifadə edən açıqlamadan sonra TRX əhəmiyyətli dərəcədə yüksəldi.

TRON-un (TRX) bazar dəyəri nə qədərdir?

Coinmarketcap“-in məlumatlarına görə, TRON hazırda kriptovalyuta bazarında ən ço əməliyyat həyata keçirən 10-cu virtual valyuta vahididir. Kriptovalyuta bazarında 65 milyon TRON mövcuddur. Ümumilikdə istehsal edilən tokenlərin ümumi sayı isə 100 milyondur. TRX hazırda 0.159663 dollar səviyyəsində əməliyyat reallaşdırır. Dekabr ayında 0.0049 dollar olan TRX 3061 faizlik yüksəliş əldə edib. Bu, əksər investorlara kifayət qədər mənfəət qazandırırb. Məsələn, əgər dekabr ayında 1000 dollarlıq bir TRX yatırımı etmiş olsaydınız, hazırda 30 min dollarınız olardı.

TRX-ə investisiya qoymaq istəyənlər üçün bir çox birja variantları mövcud olsa da, investorlar əsasən Binance-a üstünlük verirlər. Binance birjası vasitəsilə Bitcoin və Ethereum istifadə etməklə TRX almaq mümkündür.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.