“GDAX”-ın rəhbəri Bitcoin Cash haqda danışıb

10 Yanvar 2018

“Coinbase” ilə əlaqəli olan “GDAX” birjasının baş direktoru Adam Vayt yanvarın 9-da “GDAX”-da yaşanan Bitcoin Cash hadisəsi ilə bağlı məlumat verib. “GDAX” qısa müddət əvvəl Bitcoin Cash-i öz platformasına artırmışdı, lakin müəyyən vatdan sonra işlər bir-birinə qarışmışdı. Bitcoin Cash-i platformaya əlavə etmək planının şirkətin heç də istədiyi kimi getmədiyi məlum olarkən, mütəxəssis hadisələrin inkişafı ilə bağlı səhih məlumatlar verib.

Satış başlandı, tələb ödənilmədi

“Coinbase” və “GDAX”-ın Bitcoin Cash-i şirkətin ticarət platformalarına əlavə etməsi ilə bərabər bir nenə saat ərzində işlər qarışdı. Birjanın ticarətinə icazə verildikdən sonra BCH qiymətləri qısa vaxtda 200 faizdən çox artdı. Vaytın fikrincə, birja BCH ticarəti üçün üç seçimə izcazə verib: BCH-USD, BCH-EUR və BCH-BTC. Vaytın açıqlamasına görə, saat 17:20 radələrində BCH-USD ticarəti açıldı və 3 dəqiqə sonra müvəqqəti olaraq dayandırıldı.

“Saat 17:23-də bazardakı sıx satın alma tələbi səbəbindən yaranan və panikaya səbəb olan ciddi dəyişiklik səbəbiylə BCH-USD ticarətini dayandırdıq”.

Yüksək ticarət həcmi qiyməti artırdı

“GDAX”-ın baş direktoru 2 dəqiqə 40 saniyə ərzində 4443 müraciət gəldiyini, 3461 qarşılaşma yaşandığını və bazardakı tələblərdən 2202-nin qəbul edildiyini söyləyib. Tələb çox idi və Vaytın fikrincə qısa müddət ərzində 15 milyon dollarlıq ticarət həcmi meydana gəldi. O, həmçinin bunları qeyd edib:

“Bu vaxt ərzində bazar sifarişlərinin təxminən 90 faizi satış sifarişi idi. Bu, likvidliyin azalmasına və BCH-USD ticarətində qiymətin sürətlə artmasına yol açdı”.

Bəzi iddialar əsassız sayılır

Baş verənlərlə yanaşı, çoxları “GDAX”-ı və bağlı olduğu şirkəti daxili ticarət aparmaqda ittiham etdi. Vayt bu iddialara özünəməxsus cavab verdi və şirkət əməkdaşlarının BCH-nin siyahıya əlavə olunacağını noyabrın 13-də söylədiklərini bildirdi. “Coinbase” və ya “GDAX” üçün işləyən hər kəsə Bitcoin Cash alqı-satqısı qadağan edilmişdi. Vayt:

“İşçilərin bu məlumatı başqaları ilə bölüşməsi qadağandır. Bu yanaşma digər maliyyə qurumlarındakı ən yaxşı təcrübələrə görə modelləşdirildi və ticarət edən işçilərimizə qarşı mövqeyimizi izah etdi”.

Likvidlik problemi bir neçə gün davam etdi

“GDAX” dekabrın 20-də BCH kitablarını və ticarətini yenidən ancaq digər bir formada açmağı planlaşdırdıqlarını bildirib. Eyni zamanda, komanda bazarın əvvəlki davranışları ilə üst-üstə düşməsi üçün likvidlik minimumunu da düzəldib. Həmin gün BCH bazar qiyməti “Coinbase”-in BCH-i əlavə etdiyi gündən əvvəlki günə görə 70% daha yüksək idi. Vayt BCH-USD sifariş kitablarınınilk düzəlişlərdən bu yana dəqiq işlədiyini, ancaq həmin gün 19:41 radələrində həm BCH-EUR həm də BCH-BTC-nin ticarət üçün tələb olunan minimum likvidliyə cavab vermədiyini vurğulayıb. Şirkət bu səbəbdən sifarişləri “ləğv etmək rejimində” qəbul edərək növbəti gün yenidən sınadı, lakin likvidlik hələ də lazım olan səviyyədə deyildi. Bu kitablar tətildən sonra təxirə salındı.

Vayt həm “GDAX”, həm də “Coinbase”-in yeni bir təşklatı ciddi ölçüdə dəstəkləmə prosesində olduğunu düşünür. Bitcoin Cash Bitcoin-dən fork yolu ilə ayrıldığı və “Coinbase” Bitcoin-i dəstəklədiyi üçün BCH-ə təklif olunan dəstəyin keyfiyyətli olması lazımdır. Vayt yaşana biləcək problemləri minimuma endirmək üçün BCH-ə verdikləri giriş imkanlarının doğru qərar olduğunu düşünür:

“Bütün müştərilər BCH-lərinə giriş əldə etdikdən sonra BCH ticarətini dəstəkləmə qərarımız bu düşüncədən qaynaqlanır”.

Kateqoriya : Birjalar, Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.