Ölkəmizdə Bitcoin hesabına milyonçu olanlar

Bitcoin milyoncu
11 Yanvar 2018

Azərbaycanlı istifadəçilərin bəziləri kriptovalyutalardan böyük qazanc götürməyə başlayıb. Bu sahədə aktivlik artdıqca, bəzi istifadəçilər bitcoin və digər coinlərə iri məbləğlər yatırmaqdan çəkinmirlər. Xatırladaq ki, son məlumatlara görə, ölkədə bir neçə min nəfər bitcoin və digər coin bazarında ticarət etməkdədir.

26 dollar xərclədi 65 milyon dollar qazandı

Bitcoinlə böyük qazanca əldə etməklə bağlı çoxsaylı əhvalatlar var. Bunlardan ən populyar olanı norveçli bir gəncin hekayəsidir. Bu gənc, vaxtilə 26 dollar xərcləyərək 5 min bitcoin alıb və hazırda onun bitkoinlərinin ümumi məbləği 65 milyon dollara çatıb. Həmin qədər məbləğ olmasa da, oxşar hallar azərbaycanlı treyderlərin də başına gəlib.

Bitcoinlə qazansa da, parolunu unudub

Azərbaycanlı tələbələrdən biri internetdə binar (ikili) opsion əməliyyatı edib. Bu əməliyyat zamanı pulunu sistemdən çıxara bilməldiyinə görə, məcbur olub çıxara bilmədiyi vəsaiti – 170 dolları ödəyərək bir bitcoin və 0,2 etherium alır alır.

Yeri gəlmişkən, belə hallarla digər istifadəçilər də rastlaşıblar. Bir neçə il bundan əvvəl bəzi sistemlər ödəniş etmək üçün istifadəçilərə bitcoin almağı məsləhət görürdülər. Səbəbi də bu idi ki, bitcoinin vergiyə cəlb edilməsi mexanizmi yox idi və bitcoinlə ödəniş ediləndə həmin sistem vergi ödəmirdi.
Haqqında danışılan tələbə bu əməliyyatı demək olar ki, unudur. Bu yaxınlarda təmin gənc ailəsi ilə birlikdə televiziyada bitcoinin qiymətinin 14-15 min dollara qalxmasını eşidir ə vaxtilə aldığı bitcoini xatırlayır. Amma məlum olur ki, sistemdə əməliyyat aparmaq üçün parolu və PİN kodu itirib. Nəticədə həmin şəxs bitkoini oradan çıxara bilməyib.

Bir neçə günə 12 qat bahalaşdı

Bir qədər əvvəl bazarda Yaponiyada buraxılan «NEM» adlanan kriptovalyutanın bahalaşacağı, qiymətlərin hətta 20 dollara qədər yüksələcəyi barədə məlumat yayılır və bəzi şəxslər almağı məsləhət görürlər. Həmin vaxt «Nem»lərin qiyməti 4 sent idi. Bazar iştirakçılarının əksəriyyəti bu proqnozun fantastik olduğunu hesab edərək həmin valyutaya ümumiyyətlə maraq göstərməyiblər, amma bu məlumatdan cəmi bir neçə gün sonra «Nem»lər 12 dəfə bahalaşaraq 50 sentə yüksəlib. Nəticədə ona pul yatırmayanlar real gəlirdən məhrum olublar. Yeri gəlmişkən, bu gün «Nem»in qiyməti 1,7 dollar ətrafındadır.

1 sentdən başladı, 500 min dollar qazandı

Azərbaycanlıların kriptovalyuta sahəsində aktiv olduğu ölkələrdən biri də Ukraynadır. Burada həmyerlilərimiz kriptovalutalar yaradır, birjalarda aktiv şəkildə treyd edir və s. Onlardan birinin yaratdığı koin, hansı ki dəyəri cəmi 53 satoşi idi, yəni 1000 ədədi heç bir sent də eləmirdi, azərbaycanlılardan biri buna 500 dollar yatırır. Bir qədər sonra onun qiyməti 10 dollara qalxır. Məlum olur ki, 500 min dollar qazancdadır. Bundan sonra ona vəsait yatıranlar artsa da qiymətlər aşağı düşdüyünə görə, onlar həmin qazancı götürə bilməyiblər.

25 dollaradək gözləmədi, qazancını itirdi

Vaxtilə Yobit birjasında populyarlaşan «Risk koin»in ilkin vaxtlar dəyəri 50 sent idi. May ayından indiyədək onun dəyəri təqribən 50 dəfə artaraq 25 dollar olub. Amma heç də hamı bu artımdan faydalana bilməyib. Bəzi istifadəçilər qiymətlərin 10 dəfəlik artımını gözləyərək 5 dollara çatan kimi satmağa üstünlük veriblər.

May ayından indiyədək 100 dəfə bahalaşdı

NXT adlı koin 2,5 sent olarkən, istifadəçilərdən biri onlara 2,5 dollar yatıraraq 100 koin əldə edir. Qiymətlər 5,5 sent olanda istifadəçi bu koinləri satır. Amma o vaxtdan indiyədək həmin koinlər 100 dəfə bahalaşaraq 2,5 dollara yüksəlib.

300 dollara aldı, evinə çatanda 2800 dollara qalxdı

Bitcoinin özü ilə bağlı da kəskin artıb-azalmalar baş verib. Avqust ayında «Bitcoin Kəş» in sahibi bitcoinlərini satacağını və özünə yeni koin yaradacağını elan etdikdə bitcoinin qiyməti 4 900 dollardan 1 800 dollaradək aşağı düşüb. Doğrudur, qiymətlər bu səviyyədə cəmi bir gün qaldı, amma həmin vaxt bəzi investorlar dərhal bundan yararlanaraq çoxsaylı bitcoin əldə etdilər.

«Bitcoin kəş»in qiyməti isə yeni başlayanda 300 dollara olduğu halda, sonradan 900-ə yüksəlib, sonra yenidən 300-ə qədər azalıb. Qiymətlər ikinci dəfə 300 dollara enəndə istifadəçilərdən biri bir koin əldə edib. Bundan sonra qiymətlər elə kəskin artıb ki, həmin şəxs ofisdən evinə gedib çatana qədər 2800 dollara yüksəlib. Qiymətlər indi də təqribən bu səviyədədir.

Bitcoini satıb özünə toy etdi

Azərbaycanlı treyderlərdən biri 2013-cü ildə bir neçə dəfə satoşi (satoşi bir bitcoinin 100 milyonda biridir) almaqla sonda bir bitcoin əldə edib. Və onunla əməliyyatlara başlayıb. Həmin şəxs əməliyyatlarını yobit birjasında aparırdı. Treyderlər arasında bu birjaya saxta birja deyirlər. Yəni harda saxta koin var həmin birjadadır. Həmin şəxs də onun koməyi ilə satoşilərlə əməliyyatlar apararaq sonda sərvətini bir neçə bitkoinə çatdırıb. Yeri gəlmişkən, həmin şəxs əldə etdiyi bitkoini xeyir işə sərf edib – sataraq toyunu edib.

Bitcoinin puluna ferma açmağı hədəflədi

Ölkədə tanınmış şəxslərdən biri isə ötən ilin avqustunda bitcoin hələ 600 dollar olduqda 100 ədəd bitcoin alıb. Həmin vaxt bu şəxs hədəf qoyub ki, bitcoinləri yalnız o zaman satacaq ki, qiyməti 20 minə çatsın. Əldə etdiyi pulla isə heyvandarlıq ferması açsın. Xatırladaq ki, ötən ilin dekabrında bitcoin doğrudan da 20 min dollaradək bahalaşdı. Amma həmin şəxsin öz koinlərini satıb-satmadığı məlum deyil.

Mənbə: Fed.az

Kateqoriya : Analiz
Etiketlər : ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.