“Kodak” Bitcoin mədənçiliyinə başlayıb

11 Yanvar 2018

Fotoaparatların rəqəmsallaşdırılması ilə çətin günəlr keçirən “Kodak” çarəni kriptovalyuta dünyasına baş vurmaqda görüb. Dünyanın ən köklü fotoaparat və bu tipli avadanlıqlar istehsal edən şirkətlərindən biri olan Kodak kriptovalyuta prosesinə qoşulmağı qərara alıb. KODAKCoin adlı bir məhsul üzərində işlədiyini bildirən “Kodak” Bitcoin mədənçiliyi üçün hazırladığı məhsulu nümayiş etdirib. Məhsul mədənçilik edən istifadəçilərin də diqqətini çəkməyə başlayıb.

“Kodak” istehsalı təmin edir

Şirkətin “KashMiner” sistemi ABŞ-ın Las-Veqas şəhərində bu il 51-ci dəfə təşkil olunan CES 2018-də (Consumer Electronics Show) təqdim edildi. “Kodak” 2 illik 3400 dollar dəyərində müqavilə qarşılığında müştərilərə aylıq 375 dollarlıq əməliyyat reallaşdırmağı təmin edir. CES 2018-də mövzu ilə əlaqədar verilən açıqlamaya görə, sistem Bitcoin-in altındakı blok zənciri texnologiyası ilə fotoqraflara təklif etdiyi təhlükəsizlik xidmətinə inteqrasiyanı planlaşdırır.

Bitcoin mədənçiliyi nədir? Mədənçilik necə edilir?

Pul hazırlamaq əməliyyatı mədənçilik (mining) adlanır. Mədənçilik, hesablama gücündən istifadə edən riyazi əməliyyatlar həyata keçirmə prosesinin ümumi adıdır.

Bu əməliyyatları reallaşdırmaq üçün təklif olunan Bitcoin şəbəkəsini endirərək təchizatları üzərində sıx əməliyyat gücü həyata keçirən Bitcoin şəbəkəsindəki düyünlərə “mədənçi” deyilir. Sistemin ilk blokunun adı “genesis blok” adlanıdırılıb və 4 yanvar 2009-cu ildə istehsal edilib. Bunun kimi blokdakı ilk əməliyyat xüsusi bir əməliyyatdır və yeni valyuta blokunun yaradıcısı tərəfindən başlanılır. Bu, şəbəkəyə mədənçilərin qatılmaları üçün bir təşviq sistemidir, bunun sayəsində vəsait yatıracaq mərkəzi hakimiyyətə malik olmayan sistemə pul istənildiyi kimi dail olacaq. Mədənçilər bu şəkildə həm sistemə yeni Bitcoin-lər yaradaraq, həm də gözləyən əməliyyatları reallaşdırma xidmətləri müqabilində sistemdən Bitcoin alaraq gəlir əldə edə bilərlər.

Yeni valyutanın sistemə müntəzəm olaraq əlavə edilməsi qızıl mədənçilərinin qızıl əldə edərək dövriyyəyə buramasına bənzəyir, mədənçilik adı da buradan yaranıb. Hazırkı prosesdə mədənçilər hər il dövriyyəyə buraxılacaq Bitcoin miqdarını azalan və proqnozlaşdırıla bilən nisbətdə istehsal etməyə davam edirlər. Sistemdə ümumilikdə 21 milyon Bitcoin dövriyyəyə buraxılana qədər istehsal davam etdiriləcək, sonra istehsal müddəti dayanacaq və mədənçilər sadəcə olaraq əməliyyat xərcləri vasitəsilə dəstəklənməyə davam ediləcək.

Kateqoriya : İqtisadi, Kriptovalyutalar
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.