Kriptovalyutalardan gələn mənfəəti saxlamaq, yoxsa satmaq lazımdır?

11 Yanvar 2018

2017-ci il Bitcoin ili oldu

Kriptovalyuta investorları üçün 2017-ci il şübhəsiz gəlirli oldu. İnvestorlar xüsusilə Bitcoin və Ethereum-dan yüksək gəlir əldə etdi. 1000 %-lik dəyər artımı Bitcoin-i bazarın liderinə çevirdi. Bazara ötən il qoşulan sərmayəçilər yaşı mənfəət qazansalar da, daha əvvəl qoşulanların gəlirləri ilə müqayisədə bu çox azdır.

Bitcoin astronomik yüksəlişə başlamazdan əvvəl 4 il ərzində 100 dollara çatmayan qiymətlə alınıb-satılırdı. Bu vəziyyəti nəzərə aldıqda, keçmiş investorların onlarla, hətta minlərlə Bitcoin ilə sərmayə qoyduğunu söyləmək olar.

Bitcoin-i daha tez qəbul edənlərin əksəriyyəti sərmayələrini saxlamağı, satış reallaşdırmamağı üstün tutsa da, keçmiş Bitcoin investoru və risk sərmayədarı Fred Vilsonun fikrincə, böyük Bitcoin investorlarının qazandıqca kiçik satışlar reaalaşdırması daha ağlabatandır. “CNBC”-yə müsahibə verən Vilson bunları deyib:

“Əgər kriptovalyuta sərmayəniz mövcud vəziyyətdə 20, 50 və 10 qat mənfəət qazandıracaqsa, əmlakınızın 10, 20, 30 faizini satmaq səhv addım hesab olunmaz. 50 qat qazanacağınız sərmayənin 25 faizini satmaq bütün sərmayənizin 12.5 qatını qorumaq və mövcud sərmayənizin 75 faizini saxlamaq deməkdir. Əksər kriptovalyuta investoru satış həyata keçirməyin səhv olduğunu düşünür. Haqlı ola bilərlər. Bunu bilmirik”.

Bazarın vəziyyəti nəzərə alındıqda, Vilsonun məsləhətləri maraqlı bir vaxtda gəldi. Keçən 3 həftə kriptovalyuta bazarı üçün olduqca çətin oldu. Qiymətlərin həddən artıq dalğavari olması bütün kriptovalyutalara təsir etdi.

Vilson təmkinli olmaq mövzusunda tövsiyə etsə də, 2018-ci ildə daha çox maliyyə institutunun bazara girməyi planlaşdırdığı xəbəri yayıldı. “CBE” və “CMOE” Bitcoin əsaslı əməliyyatlar üçün bazara daxil olarkən, “New York Stock Exchange”, “NASDAQ” və “Goldman Sachs”-ın da önümüzdəki bir neçə ay ərzində müəyyən mövqe alması gözlənilir.

Kriptovalyuta birjalarının ziyarətçi axınına dözməyib yeni üzv bildirişlərini bağladığı nəzərə alınsa, kriptovalyutanın gələcəyi parlaq görünür.

Kateqoriya : Birjalar, Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.