Bitcoin göndəriş xərcləri necə hesablanır?

12 Yanvar 2018

Satış reallaşdırarkən tez hərəkət etməyə məcbur olduğunuz zaman paylaşım ödənişlərini necə hesablayırıq?

Bitcoin və digər kriptovalyutaları köçürərkən göndəriş xərclərini hesablamaq velosiped sürmək və ya üzgüçülüyə bənzəyir. İşi bilirsinizsə, çox sadə bir prosesə bənzəyir, əks halda isə qarışıqlıq yarana bilər. Son vaxtlar həyata keçirən tətbiqlər sayəsində Bitcoin göndərib almaq keçmişdəki kimi əziyyətli olmasa da, yenə də ödənişi hesablamaq bəzən çətin ola bilər.

Bu həyatda heç bir şey özbaşına həll olunmur. Bitcoin göndərmək istəyirsinizsə, mədənçilərə ödəniş etməyiniz gərəkdir. Onlar əsasən kompüterlərindən istifadə edərək hər gün on minlərlə göndərişlərin təhülkəsizliyini təmin edirlər. Bitcoin-in ilk dövrlərində dəyəri 10 ilə 20 arasında dəyişdiyi zaman heç kim bu tətbiqə ciddi yanaşmırdı. Çünki bu ödənişlər o qədər azdır ki, heç kim onu nəzərə almırdı. Bunun üçün “Satoshi Dice” kimi saytlar çoxlu mükafatlar hazırlamışdı. Belə ki, bu saytlar çox az miqdarda Bitcoin transferlərindən yox səviyyəsində ödəniş alırdılar və hər kəsin işinə yarayırdı.

Göndərmə ödənişləri hara gedir?

Göndərişləri təsdiq etmələri və təhlükəsizliyini təmin etmələri üçün pul verdiyiniz şəxslər yuxarıda qeyd etdiyimiz kimi, mədənçilərdir. Hazırda bir blok (Blockchain = blok zəncirləri) göndəriş iüçün mədənçilər təxminən 12.5 BTC alır.

Mədənçilər Bitcoin göndərişlərini təsdiqlədikdə, bu daşımaları bəzi meyarlara görə təsnifləşdirirlər. Məsələn, mədənçilərin kompüterləri sizin göndərişiniz üçün hər Bitcoin-ə görə 1 ədəd enerji xərcləyir. Eyni anda reallaşan digər göndəriş üçün isə hər Bitcoin-ə görə 2 ədəd enerji xərcləyirlər. Mənfəət / zərər nisbətinə görə, sizin göndərişiniz digər bəhs etdiyimiz göndərişlə müqayisədə daha qısa vaxtda reallaşacaq. Çünki siz mədənçilərə vahid zamanda daha fazla mənəət qazandırırsınız. Buna görə, əgər təcili olaraq Bitcoin göndərmək istəyirsinizsə, mədənçilərə əlavə haqq ödəməlisiniz.

Göndəriş xərcləri niyə artır?

Bitcoin-in qiyməti artıqca, göndəriş xərcləri də artır, ancaq onların arasında tam dəqiq nisbət qurmaq asan deyil. Ona görə ki, ödənişə digər amillər də təsir edir. Daha az göndəriş xərci ödəyərək Bitcoin yollamaq da mümkündür.

Əgər ciddi tələskənliyiniz yoxdursa, 1 dollardan aşağı xərclə Bitcoin göndərməyiniz mümkündür, ancaq ciddi miqdarda göndəriş həyata keçirirsinizsə, bunu nəzərdən keçirmək lazımdır.

“Bitcoin göndəriş xərclərini necə hesablaya bilərəm” kimi sözləri axtarış müxanizmlərinə yazsanız çoxlu sayda formullarla rastlaşarsınız. Buna görə, Ona görə də onları həll etmək üçün çalışmağa ehtiyac yoxdur.

Belə formulaların mexanikasını həll etməyə çalışsanız, riyazi bilikləriniz yodursa, probleminiz çoxalar və işin içindən çıxa bilmərsiniz.

Lakin bəzi cüzdanlar avtomatik olaraq göndərmə tariflərini hesablayır. Ancaq bütün birja və cüzdanlar eyni səviyyədə texniki infrastruktura malik deyil. Bundan dolayı, xüsusilə birjalar Bitcoin göndəriş xərclərini özünüzün hesablamanızı istəyir.

Ağlınızda “Məqalənin əvvəlində necə hesablanır dediniz, sonra isə bunun çətin olduğunu bildirdiniz, indi də sizin hesablamanızın lazım olduğunu söyləyirsiniz. Bu işin içindən necə çıxacağam?” sualı yarana bilər. Buna görə, sizə göndəriş xərclərini hesablayan saytları təqdim edirik:

Estimatefee.com

Sadə bir vebsaytdır. Son dərəcə əlverişlidir. Bitcoin göndəriş xərclərinizi Satoshi və dollar baxımından hesablayır.

Bitcoinfees.info

Bitcoinfees.info saytı yavaş / orta / sürətli göndərişləri çox da detallara varmadan sadə üsulla hesablayır.

Bitcoinfees.earn.com

Bitcoinfees.earn.com saytı isə göndəriş xərcinizi Satoshi baxımından hesablayır. Əgər Satoshi vahidi ilə tanış deyilsinizsə, bu vebsayt köməyinizə çatacaq.

Əlbəttə, bu sektorda investisiya yatıran şəxslər üçün göndəriş xərclərinin qarışıq olması problem yaradacaq, ancaq Bitcoin əməliyyatına baxdığımızda, bu xərci müəyyən edən əsas amil mənfəət / zərər balansıdır.

Əgər çox da tələsmirsinizsə, sistemə bir qədər rahatlıq verin və xərclərin azaldığı anda ödənişinizi reallaşdırın. Bu halda artıq qiymətlərdən xilas olmaq mümkündür. Bu bazarın hələlik iştirakçısın deyilsinizsə, qeyd etdiyimiz saytlara daxil olub göndərişlərinizin xərclərini hesablaya bilərsiniz.

Kateqoriya : Analiz, Kriptovalyutalar
Etiketlər : , , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.