Kriptovalyuta birjalarında pump dump tətbiqi nə deməkdir?

13 Yanvar 2018

Pump dump anlayışını tez-tez eşidirik. Bəs, bu anlayışlar kriptovalyuta birjaları üçün nə deməkdir, bunu nəzərdən keçirək. Kriptovalyuta vahidlərinə olan diqqət gündən-günə artır. Xüsusən də Bitcoin onların arasında böyük yüksəliş qazandı və bir çoxlarının kriptovalyutalara yönəlməsini təmin etdi, etməyə də davam edir. Bitcoin və digər bütün altcoinlər yüksək gəlir gətirməsi səbəbi ilə həm böyük, həm də kiçik investorları bu sahəyə yönəltdi.

Bu məqaləmizdə kriptovalyuta vahidlərindən gəlir əldə etmək üçün tətbiq olunan, amma bəzi mənfi cəhətləri olan pump and dump (doldur və boşalt) üsulunu sizə aydınlaşdıracağıq. Xüsusilə, təcrübəsiz investorlar üçün çətinlik yarada biləcək bu konsepsiyaya diqqət yetirilməlidir. Çünki bu əməliyyatdan sonra bir çox investor müxtəlif çətinliklərlə üzləşə bilər.

Hazırda Bitcoin Pump and Dump bir sıra forum saytında və müxtəlif müzakirələr qruplarında diqqəti çəkən formaya gəlib. “Pump” sözü doldurmaq və şişirmək deməkdir, “Dump” isə endirmək və boşaltmaq mənasını verir. Pump dump əməliyyatlarında çoxları bir çox kriptovalyuta vahidi təyin edərək bu coinə daşınır və yüksək miqdarda alış-satış edirlər.

Qrup şəklində edilir

Pump dump sistemi vahid şəxs tərəfindən edilə bilməz. Çünki bu sistemdə əsas olan yüksək miqdarda coin alışıdır. Buna görə, bu tətbiqə mütləq qrup şəklində qoşulmaq lazımdır. Bəs, tətbiq necə işləyir? Qrup formasında yüksək miqdarda coin alınması halında təyin olunan kriptovalyuta vahidinin qiyməti yuxarı doğru yüksəlir. Bu hadisə Pump adlanır. Pump əməliyyatı təyin olunan coini bazar dəyərindən ucuz alınmasıdır. Qısa olaraq, qiymətin pompalanması, yəni yüksəldilməsi əməliyyatı deyə bilərik. Qruplar üçün nəzərdə tutulan qiymətlər əldə edildikdən sonra satınalmalar aparılır. Alış zamanı ən aşağı rəqəmlərdən əmr verilir. Daha sonra təyin olunan qiymətə çatıldığı zaman üzvlər tərəfindən bütün coinlər satılmaya başlanılır. Coinləri yüksək qiymətə satmaq əməliyyatına Dump adı verilib.

Pump dump edəcək investorlar, diqqət!

Günümüzdə “WhatsApp”, “Telegram” və “Skype” kimi ani mesajlaşma proqramları vasitəsilə bir çox insan qrup danışıqları reallaşdıraraq alış-satış edirlər və bu şəkildə qiymətləri manipulyasiya edirlər. Müxtəlif kommunikasiya proqramlarında kollektiv qazanc məqsədi ilə minlərlə istifadəçi bu proqramlarda iştirak edir. Ancaq bəzən bu tətbiqlər müsbət nəticələr vermir. Bəzi hallarda iştirak haqqı iştirak qruplarına daxil edilir. Bununla bərabər pump və ya dump edilməsini istəyən kriptovalyutaların bir qismində qrup idarəedicisinin seçimləri – aldığı coinlər böyük rol oynayır. Yəni, pump and dump əməliyyatları ən çox qrup odarəedicisinin mənfəət qazanmasını təmin edir. Bazarda olan hər hansı kriptovalyuta vahidini seçən qrupların menecerləri əvvəlcədən seçilmiş kriptovalyutalara investisiya qoyurlar. Daha sonra qrupa pump prosesi müəyyən bir müddət verilir və proses başlayır. Təəssüf ki, təcrübəsiz investorlar adətən nəinki mənfəət əldə edirlər, əksinə, ziyana düşürlər. Onların əvəzinə isə qrup idarəediciləri mənfəət qazanırlar.

Qısacası, bir qrupda toplanan insanlar müəyyən kriptovalyuta vahidinə yüklənərək qiyməti artırırlar, yəni pump əməliyyatı həyata keçirirlər. Yenə eyni dərəcədə yüksək qiymətlərdən əllərindəki bütün coinləri sataraq mənəət əldə edir və dump əməliyyatı həyata keçirirlər. Qiymət dəyişikliyi bu tətbiq əsnasında çox sürətli ola biləcəyi üçün qrupda olan hər kəs mənfəət əldə etməyə bilər. Buna görə, pump and dump əməliyyatlarına qoşularkən diqqətli olmaq lazımdır.

Kateqoriya : Kriptovalyutalar, Birjalar
Etiketlər : ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.