Bitcoin-in milyonçu etdiyi şəxslər

15 Yanvar 2018

2017-ci il bəzi Bitcoin istifadəçiləri üçün inanılmaz keçsə də, kriptovalyuta mövzusunda şansları gətirməyənlər də oldu.

Aşağıda ötən ilin ən təsirli uğur hekayələri sıralanıb. Əlbəttə ki, “kaş ki, heç vaxt Bitcoin-ə baş qoşmazdım” deyənlərin hekayələrindən söhbət gedir.

Bitcoin olduqca dəyişkən bir puldur, ancaq bu qədər inkişaf etdikdən öncə Bitcoin-ə yatırım qoyanların çoxu əvvəlcə təxmin belə edə bilməyəcəkləri gəlirlər əldə etdilər.

Bitcoin milyonçusu olan anonim şəxs

“Steemit” vasitəsilə detallı bir hekayə paylaşan anonim şəxs 2010-cu ildə Bitcoin-in qiymətinin pizza almaq üçün belə kifayət etmədiyini söyləyib. Buna baxmayaraq, həmin şəxs 2010-cu ilin sonunda 12 min Bitcoin-ə sahib idi və bu qədər Bitcoin toplamaq sonda səmərə verdi.

Çünki 2013-cü ilin aprelində Bitcoin-in dəyəri 100 dollardan yuxarı oldu. Məqaləyə görə bu şəxs şəxsi həyatındakı və Bitcoin ilə əlaqəsi olmayan digər səbəblər ucbatından Bitcoin-də bir qədər fasilə verdi, ancaq bağları bütünlüklə qoparmadı. Sonda bu anonim şəxs 12 min Bitcoin-in 10 milyondollar etdiyini öyrəndi.

Müsbət inkişaflar nəticəsində, bu şəxs diqqəti cəlb etməmək üçün Bitcoin-lərini hissə-hissə satmağa başladı. Anonim investor investisiya strategiyasını müəyyən edərək gələcək üçün planlar hazırladı və qazandığı böyük sərvətin həyatını qısa zamanda dəyişməsinə imkan vermədi. Anonim investor səbrli olmağı, acgözlük etməməyi və mövcud xəbərlərə diqqət etəyi məsləhət bilir.

Erik Fineman

Erik Fineman Bitcoin-ə investisiya qoymağa 2011-ci ildə başladı və o zaman cəmi 11 yaşı vardı. Finemanın nənəsi ona 1000 dollar verdi və qardaşı pulları necə xərcləməyin lazım olduğunu ona dedi. Bu illərdə Bitcoin 12 dollar dəyərində idi. Ancaq Fineman 2013-cü ilin sonunda ilk Bitcoin-lərini satdıqda, hər Bitcoin-ə görə 1200 dollar qazandılar.

Həmin vat Fineman nənəsindən aldığı 1000 dolları 100 min dollara çevirmişdi və həmin puldan 2014-cü ildə onlayn təlim şirkəti açmaq üçün istifadə etdi. Fineman öz şirkətini qurduqdan sonra Silikon Vadisinə köçdü. Ailəsiylə qeyri-adi bir mərc də reallaşdırdı: əgər 18 yaşına çatdıqda milyonçu olsa, universitetə girmək məcburiyyətində qalmayacaqdı.

Fineman təlim şirkətini 2015-ci ilin yanvar ayında satdı və qarşılığında ya 100 min dollar vəsait, ya da 300 Bitcoin alacaqdı. Bitcoin-i seçdi. O, 18 yaşında milyonçu olaraq universitetə daxil olmamaq arzusunu da reallaşdırdı. Fineman təhsil almasa da, bir sıra layihələrlə məşğul olur. Onların arasında NASA-ya daxil olmaq da var.

Mr. Smit (əsl adı deyil)

Dünyanı gəzmək bir çoxlarının arzusudur, ancaq Mr. Smit bu xəyalı reallığa çevirənlər arasındadır. Həm də 2010-cu ildə Bitcoin-ə investisiya qoyması sayəsində.

Qoyduğu investisiyanı uzun müddət saxlaya biləcəyinə inan Smit 2013-cü ilədək qoyduğu investisiyanı müvəqqəti də olsa unutdu. Nəhayət, Bitcoin-in qiyməti Smit aldığı vaxt olan qiymətdən 2 min dəfə bahalaşdı. O, hazırda 3 min dollar dəyərində Bitcoin-dən ümumilikdə 25 milyon dollar qazandığını iddia edir.

Smit hazırda da 1000 ədəd Bitcoin-ə sahibdir və Bitcoin-in qiyməti 150 min dollara qalxdığında satmağı planlaşdırır.

Olaf-Karlson Vi

26 yaşlı Olaf-Karlson Vinin adını daha əvvəl eşitməyə bilərsiniz, ancaq Bitcoin-in potensialını çoxlarından əvvəl hiss edib və bunun sayəsində böyük sərvət qazanıb. 2013-cü ilin fevral ayı ərəfəsində – Bitcoin-in qiymətinin 20-30 dollar arasında olduğu vatlar – Karlson Vi bir Bitcoin startapında işləməyə başladı – “Coinbase”-də.

O zaman çoxları Bitcoin haqda məlumatlı deyildi. Buna baxmayaraq, o, Bitcoin-in böyük perspektiv vəd etdiyinə inanırdı. İşəgötürənlə razılaşdı, Anlaşmaya görə, maaş kimi nağd pul əvəzinə Bitcoin alırdı. Bitcoin-in qiymətindəki həddən ziyadə yüksəliş onu milyonçuya çevirdi.

Kateqoriya : Kriptovalyutalar, İlk addımlar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.