Bitcoin-in 80 faizi mədənçilik yolu ilə çıxarılıb

16 Yanvar 2018

Həftə sonu bu vata qədər dövriyyədəki resursların 80 faizinin çıxarılması ilə Bitcoin baxımından başqa bir dönüş nöqtəsi oldu. Yəni, artıq sadəcə 20 faizlik resurs mövcuddur. Satoşi Nakamotonun çıxardığı rəqəmsal çatışmazlıq protokolu daha da azalan bu ehtiyatlarla Bitcoin-in əldə edilməsini ümumən çətinləşdirəcək.

Yalnız 4.2 milyon Bitcoin qaldı

13 yanvar 2018-ci il tarixinə badığımızda, ümumi olaraq 16.800.000 BTC mədəndən çıxarıldı, bu da mədənçilərin çıxara biləcəkləri 20 faizlik kimi bir hissəni cəmləşdirib. 2009-cu ildə Satoşi Nakamoto kod bazasını izah edərək Bitcoin protokolunu açıqladı və kriptovalyuta vahidinin məhdud bir təchizatla gəldiyini bildirdi. Nakamoto 21 milyonluk hədd müəyyənləşdirərək bunun artmayacağını, cəmi bu qədər Bitcoin-in tapıla biləcəyini söyləmişdi. Bu vaxta qədər Nakamotonun planı və mədənçilər ilə bu qayda hələ də keçərlidir və hash nisbətinin qorunması təmin olunur. Nəzəri olaraq bəzi spekulyasiyaya meylli şəxslər bu nisbəti artırmağın digər yollarının da ola biləcəyini düşünürlər. Lakin Bitcoin mövcudluğunun 10 ilinə yaxınlaşarkən hələ də 21 milyonluq limiti keçən olmayıb.

Generalın probleminin həlli

Bu, bəzilərinə Satoşinin bütün zamanların ən çətin kompüterlərlə bağlı problemlərdən biri olan və illərdir bir növ təhlükəsizlik qüsuru olan və kompüter mütəxəssislərinin baş bəlası “Bizans Generalı” problemini həll etdiyini düşünmələri üçün lazımlı bir səbəb verir. Əsl problem paylanmış şəbəkələrdə yaranır, çünki bu problem müəyyən çatışmazlıqlara və təhlükəsizlik çatışmazlığına daha asan təsir göstərir. Bu, protokolların bir problem olduğunu sübut etməyi çətinləşdirir, çünki şəbəkənin özündə həll edilə bilməyən dəlillər var.

Satoşinin orijinal Bitcoin protokolu içərisində yaratdığı “Proof-of-Work” ilə sistemə qarşı ola biləcək hücumları həm bahalı, həm də çox zaman istəyən bir təhdid halına gətirdiyi üçün daşındırıcı olur. Satoşinin bizə təklif etdiyi bu təkraralanmayan və ya ikiqat xərcləmə edilməyən bu nəsnə rəqəmsal dünyada ilk olaraq qarşımıza çıxır. Eyni zamanda, tədarükü məhdudlaşdıraraq, bizi daha əvvəl heç bir texnologiyanın reallaşdırmadığı formada bir rəqəmsal çatışmazlıq ilə tanış edir.

Rəqəmsal çatışmazlıq və gələcək Half-Life (yarılanma)

Sadəcə 21 milyon Bitcoin-in olması və kriptovalyutanan məhdudluğu dolayı yolla mənbəyin getdikcə tükənməsi ilə tapılması və əldə edilməsində xüsusi çətinlik yaradır. Bir çox halda aktivin məhdud olması zaman və qaynaqları əldə etmək çətin olduqda təchizat bazarında deflyasiyaya səbəb olur. Bitcoin-çilərin böyük çoxluğu bu rəqəmsal qıtlığın Bitcoin-in dəyərini artıracağını düşünür.

Bununla yanaşı, mədənçilərin özlərinin bu çətinlikdən paylarına düşəni alaraq əməliyyatçı güclərini müntəzəm olaraq artıracağı gözlənilir.Hash nisbəti sürətinə bağlı olaraq qarşıdakı 2 il və ya daha qısa müddətdə mədənçilər yarılanma mükafatlarını alacaqlar. Bu, o deməkdir ki, onlar bitirdikləri hər blok üçün 12.5 BTC əvəzinə 6.25 BTC almağa başlayacaq. Bunların hər biri və ASIC texnologiyasının özü hələ də mədənçilik mənfəət qazandırmasını təmin edir. Təbii ki, hər Bitcoin-ə görə əldə olunan gəlirin mədənçilik üçün edilən xərcləmələrdən daha yüksək olması lazımdır.

Ripple kimi 100 milyard deyil, yalnız 21 milyon Bitcoin olacaq

Bir başqa baxımdan bu ucsuz-bucaqsız blockchain dəryasına baxdığımızda təxminən 1300 kriptovalyuta növünün olduğu mühitdə Satoşinin yaratdığı Bitcoin-in 21 milyon kimi bir limiti var. Digər rəqəmsal kriptovalyuta vahidlərinin tədavülə milyardlarla sayda buraxılmaqdadır və hələlik tam məlum olmayan tenologiyadan istifadə edən “Proof-of-Stake” sayəsində bu rəqəmlərin artacağı gözlənilir. Buna görə də Bitcoin-in istifadə edildiyindən daha fərqli bir rəqəmsal məhsul yaratdığını söyləmək olar. Bu həftə sonu 16.8 milyon mədənçilik edildiyini və onların bir qisminin yatırıldığı, digər böyük hissəsinin isə itdiyini vurğulamaq lazımdır. Bir çox kriptovalyuta vahidi sərmayəçisinə görə, Satoşinin bu ixtirası çox dəyərli və dünyada tayı-bərabəri görülməmiş bir rəqəmsal valyutadır.

Kateqoriya : Analiz, Mədənçilik
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.