“Samsung” Bitcoin mədənçiliyi avadanlıqları istehsal edəcək

31 Yanvar 2018

Cənubi Koreya iqtisadiyyatına böyük dəstək verən və ölkənin ən böyük şirkəti olan “Samsung” Bitcoin və kriptovalyuta mədənçiliyi avadanlıqlarının və “ASIC” mədənçilik çiplərinin istehsalına başlayıb.

Yerli media “Samsung”-un ötən il Çinin bir Bitcoin mədənçilik avadanlıqları istehsalçısı ilə əməkdaşlıq etdiyini və “ASIC” çiplərinin inkişafı prosesinin başa çatdırıldığını bildirib. Dünyanın ən böyük yarımkeçirici istehsal müəssisələrindən birini işlədən “Samsung” kriptovalyuta mədənçiliyi avadanlıqlarının istehsalını və paylanmasını ilk olaraq Çin bazarında reallaşdıracaq.

“Samsung”-un uzunmüddətli planı olaraq daxil olduğu mədənçilik avadanlıqları istehsalının Çindən başlayıb kriptovalyutaların daha çox maraqla qarşılandığı Cənubi Koreya və Yaponiya kimi ölkələrə yaymaq istədiyi qeyd olunur.

Yerli mediaya açıqlama verən “Samsung” nümayəndəsi şirkətin avadanlıqlar istehsal etmək və əməkdaşlıq etdiyi Çinin mədənçilik şirkətindən gələn tələbi qarşılamaq üçün daha çox çalışacağını söyləyib. “Samsung” ilk növbədə Çin bazarını hədəf alacaq və avadanlıq istehsalı işinə yeni girdiyi üçün bundan əldə edəcəyi gəlirinmiqyası hələlik bəlli deyil. “Samsung”-un nümayəndəsi bu fikirləri səsləndirib:

“Samsung” Çinin bir kriptovalyuta mədənçiliyi şirkətinə mədənçilik avadanlığının və “ASIC” çiplərinin təklifini reallaşdıran bir zavod işlədir. “Samsung” kriptovalyuta mədənçiliyi işinə yeni başladığı üçün bundan əldə edəcəyi gəlir məlum deyil”.

“Samsung”-un növbəti aylarda qismən kiçik kriptovalyutalar üçün GPU avadanlıqları istehsal etməyi gözlənilir.

“Samsung”-un hər növ tələbi qarşılaya biləcək geniş miqyaslı yarımkeçirici istehsal müəssisələri mövcuddur. “Samsung” ötən ildən “Apple”-ın “iPhone X” modelinin OLED ekranlarını tədarük edir. “Apple”-a bu təklifi verən yeganə şirkət “Samsung”-dur, çünki “Apple”-ın ehtiyaclarını tamamilə qarşılaya bilir.

“Apple” “Samsung”-un rəqibi olan “LG”-yə OLED ekranların istehsalı üçün milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, heç bir şirkət çip və elektron avadanlıq istehsalında “Samsung” ilə eyni səviyyəyə çatmağı bacara bilmədi.

Hazırda yarımkeçirici firması olan və böyük çaplı Bitcoin mədənçilik avadanlıqları təmin edən yeganə şirkət Tayvanda yerləşən “TSMC”-dir. “Samsung”-un qlobal mədənçilik sektoruna daxil olması ilə birlikdə “TSMC” ilk dəfə olaraq rəqabətlə üzləşə bilər.

“Samsung Securities” mütəxəssisi Hvanq Min-seonq yerli mətbuata verdiyi açıqlamada “Samsung”-un “ASIC” çiplərinin istehsalı ilə birlikdə gəlirlərini artıracağını söyləyib. Ancaq şirkətin bu daxilolmanın beynəlxalq səviyyəyə gətirmədiyi müddətdə çip istehsalından əldə edəcəyi gəlirin çox olması gözlənilmir.

“Samsung Electronics” “ASIC” çip istehsalı ilə gəlirlərini artıra bilər, ancaq şirkətin mədənçiliklə məşğul olması gəlirlərə bir o qədər təsir göstərməyəcək.

Kateqoriya : Mədənçilik
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.