AMB-nin prezidenti: “Bitcoin ehtiyatı saxlaya bilərik”

10 Fevral 2018

Avropa Mərkəzi Bankının prezidenti Avropa banklarının müddətli Bitcoin müqavilələri kimi Bitcoin sonrası prosesləri qəbul edə biləcəyini bildirib.

Bu həftəki Avropa Parlamentinin konfransında Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi açılış və bağlanış nitqində digər çıxış edənlər arasındakı müzakirələrə istinad edərək kriptovalyuta mövzusuna üstünlük verib. AMB-nin rəhbəri hazırda Avropa banklarında kriptovalyuta ehtiyatları yaratmaq meylinin olmadığını söyləyib. Draqi “Avropa Birliyindəki maliyyə təşkilatlarının Bitcoin kimi kriptovalyutalara qarşı istəyi çox da diqqət çəkici səviyyədə deyil, lakin bunu da əlavə etmək lazımdır ki, maliyyə təşkilatların əksinə olaraq, xalqın kriptovalyutalara qarşı olan maraq və istəyi sürətlə artır”, – deyə qeyd edib.

Mərkəzi bankın rəhbəri bankların bu meylinin kriptovalyutaların maliyyənin əsas qollarına sızma vəziyyətinin irəliləməsiylə dəyişə biləcəyini bildirib.

Draqi bunları da əlavə edib:

“Müddətli Bitcoin müqavilələri kimi son zamanlar olan yeniliklər Avropa banklarının Bitcoin ehtiyatları saxlamasına səbəb ola bilər. Buna görə biz bunu mütləq düşünəcəyik”.

Draqinin sözlərini Bitcoin və digər kriptovalyutaların tənzimlənməsi və bankların kriptovalyuta ehtiyatı saxlaması baxımından diqqətdə saxlamaq lazımdır. Bir çox birja mərkəzinin nəzərə almadığı bir vəziyyət olmasına baxmayaraq, “CME Group” dekabrın ortasında müddətli Bitcoin müqavilələrini siyahıya aldı və bundan bir həftə əvvəl “CBOE” öz sıralamasını meydana gətirərək yolunu açdı.

Avropa Mərkəzi Bankının rəhbəri həmçinin rəqəmsal aktivlərin təşkilatlara və banklara istiqamətli risklərini araşdırmaq üçün “vahid nəzarət mexanizmi” adlı standart nəzarətin tətbiq olunacağına eyham vurub.

Draqi daha əvvəl AMB-nin hazırda Bitcoin üzərində tənzimləmə səlahiyyətinə sahib olmadığını söyləmişdi. 2016-ci ilin oktyabr ayında Draqi kriptovalyutaların AMB-nin üzərinində tənzimləmələr aparmasını düşünmək üçün bəlli səviyyəyə çatmadığını bildirmişdi.

Noyabr ayında Draqinin söylədiklərinə görə, Bitcoin və bütün kriptovalyuta sektorunun təsirləri “olduqca məhduddur” və pul təchizatının bir neçə təşkilat tərəfindən idarəsini əsasən rədd edən və mərkəzi olmayan kriptovalyutalar mərkəzi banklar üçün hər hansı bir risk meydana gətirmir.

Kateqoriya : Analiz, İnvestisiya, Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.