Bitcoin Cənubi Koreyada daha az istifadə olunur

12 Fevral 2018

Bitcoin Cənubi Koreyanın kriptovalyuta ticarətinin qlobal kriptovalyuta birjaları arasında ən aşağı nisbət olan 32.7 %-ni təşkil edir.

Bitcoin Cənubi Koreya kriptovalyuta sektorunda çox geri qalır

Koreya Sığorta Araşdırma İnstitutu (KIRI) kriptovalyuta ticarəti və xüsusiyyətləri ilə bağlı hazırdığı hesabatda Bitcoin əməliyyatları nisbətinin Yaponiyada 96.9 %, İngiltərədə 87.1 %, Braziliyada 84 %, Rusiyada isə 83.7 % civarında olduğunu bildirib.

KIRI bütün rəqəmlərin 17 dekabrda toplanan məlumatlara əsaslandığını qeyd edib.

Həmin gün Cənubi Koreya hökuməti kriptovalyuta ticarətinin ölkədə 3,94 trilyon von (3,61 milyard dollar) təçkil etdiyini vurğulayıb. Hesabatda bu rəqəmin dünyadakı kriptovalyuta əməliyyatlarının 29.8 %-ni təşkil etdiyi bildirilib.

30 yanvar tarixindən etibarən kriptovalyuta əməliyyatları Cənubi Koreyada yalnız real bank hesablarından həyata keçirilə bilər. Bu qanun çirkli pulların yuyulması, vergidən yayınma kimi qeyri-qanuni fəaliyyətlər üçün kriptovalyuta istifadəsini minimuma endirmək üçün qəbul edilib.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.