Cübbəli Əhməd Bitcoin-in yəhudi oyunu olduğunu iddia etdi

13 Fevral 2018

Xalq arasında “Cübbəli Əhməd” kimi tanınan Mahmud Əhməd Ünlü son dövrlərin ən çox müzakirə olunan kriptovalyutası olan Bitcoin ilə bağlı açıqlama verib. O, Bitcoin-in bir “yəhudi oyunu” olduğunu iddia edib.

Əvvəllər Mars və kosmos haqqında söylədikləriylə texnologiya dünyasında ciddi narazılıqlara səbəb olan Cübbəli Əhməd bu dəfə Bitcoin haqda danışıb. İstehsalı insan əməyi tələb etməyən Bitcoin haqda həm iqtisadçılar, həm də ruhanilər müxtəlif zamanlarda müxtəlif açıqlamalarla yadda qalırlar. İqtisadçılar Bitcoin-i xüsusilə balon olub-olmadığı istiqamətində, din adamları isə caiz, yoxsa haram olduğu müstəvisində müzakirə edirlər.

Cübbəli Əhməd camaatla söhbəti zamanı Bitcoin ilə əlaqədar bir suala cavab verib. Bitcoin-in bir “yəhudi oyunu” olduğunu söyləyən Cübbəli Əhməd insanları Bitcoin-in qəflətən etibarsız elan edildiyi zaman ortada qalacaqlarını xəbərdar edib.

O, eyni zamanda, “yanvarda 10 dollara alıblar, indi 1 milyon dollar olub, caizdirmi deyə soruşurlar. Nə olduğunu anlamırıq ki, caiz də deyək. Əlimiz ilə tutulası mümkün bir şey yoxdur! Yəni, xxəyali ixracatdır. Yəhudilər millətdən pul toplayacaq, sonra isə elan edəcəklər ki, “etibarsızdır”. Əlində olan sənindir, əlində olmayana pul demək olar? Yəhudilərin necə planlar qurduğunu görürsünüzmü?”, – deyə fikir səsləndirib.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.