“Bosch” yeni layihəsində IOTA-ya etibar edəcək

13 Fevral 2018

Beynəlxalq mühəndislik və elektronika şirkəti olan “Bosch” hazırladığı avtonom avtomobil layihəsi üçün IOTA ilə əməkdaşlıq etməyi planlaşdırır.

“Bosch”-un marketinq meneceri olan Sarah Nizze həftə sonu sosial media vasitəsilə verdiyi açıqlamada 131 yaşlı şirkətin yeni hazırladığı layihə üçün IOTA-ya etibar etdiyini bildirib. “Bosch”-un qabaqcıl texnologiya mütəxəssisi olan Tal Dekel müsahibəsi zamanı bunları qeyd edib:

“Bu sərmayə “Bosch”-un bir avadanlıq şirkətindən məlumat və məlumatın yoxlanılması ilə məşğul olan bir şirkətə çevrilməsini nəzərdə tutur”.

“Bosch”-un 5 ildir mütəmadi olaraq konfransı təşkil olunur. Bu ilki konfrans fevralın sonlarında keçiriləcək və “Bosch”-un yeni layihəsində IOTA-ya etibar etdiyini açıqlaması da çox vacibdir.

140-dan çox spiker və 3500-dən çox konfrans iştirakçısı ilə birlikdə “Bosch ConnectedWorld 2018” IOTA sayəsində bir çox yeniliklərə imza atacaq. 20-22 fevral tarixlərində Berlində keçiriləcək konfransda IoT-un avtonom avtomobil sektorunda potensialı müzakirə olunacaq.

İyul ayında “BBC”-də dərc olunan xəbərə görə, “Bosch” “Uber” və “Google” kimi rəqiblərindən əvvəl avtonom avtomobillər yaratmaq üçün Elon Muskun “Tesla” şirkəti ilə əməkdaşlıq edirdi. Almaniya şirkəti avtonom texnologiyanı gələcək 5 il ərzində “Daimler” kimi avtomobillərə inteqrasiya etmək istədiyini söyləmişdi.

Dekabrda “Bosch Group”-a bağlı müəssisə kapitalı olan “Robert Bosch Venture Capital GmbH” (RBVC) böyük miqdarda IOTA tokeni satın almışdı. Həmin vaxt bu hadisə şirkət üçün əhəmiyyətli hesab olunurdu. RBVC eyni zamanda IOTA-nın məsləhət heyətində də yer alır.

RBVC-nin ortaqlarından Dr. Honqquan Jianq bunları söyləyib:

“IOTA kimi bir protokolla yalnız maşınların avtomatlaşdırılması üzərində deyil, onların bu “maşın iqtisadiyyatında” bir-biri ilə qarşılıqlı əlaqə qurmalarını mümkün hala gətirərək maşınların tamamilə avtonomluğu üzərində çalışırıq”.

RBVC IOTA-nın paylanmış ana dəftər texnologiyası ilə birgə IoT-un aşadığı problemleri həll etmək potensialına sahib olduğunu düşünür. IOTA hələ erkən mərhələdə olmasına baxmayaraq RBVC gələcəkdə IOTA-nın ümumi olaraq IoT sektorunda mühüm rol oynayacağına inanır.

Kateqoriya : İlk addımlar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.