Yaponiya şirkəti böyük mədənçilik ferması açır

14 Fevral 2018

Yaponiya əyləncə sənayesi nəhəngi DMM “geniş miqyaslı və yapon keyfiyyətində” kriptovalyuta mədənçilik təsərrüfatını böyütmək planının olduğunu açıqlayıb. DMM-nin həmçinin insanların mədənçilik təsərrüfatı və hovuzunu araşdırmaq üçün ziyarətə açıq olan “showroom”-ları da mövcuddur.

DMM-nin Yaponiyadakı mədənçilik təsərrüfatı

27 milyon üzvü olan populyar bir e-ticarət sayt olan DMM.com-un müəssisəsi olan “DMM Inc” “Kanazawa City”, “Ishikawa Prefecture” Yaponiyadakı mədənçilik zavodunun açılışı xəbərini cümə günü açıqlayıb. Şirkətdən verilən məlumatda “DMM digər dominant müəssisələrdə bənzəri olmayan böyük miqyaslı yapon keyfiyyətli mədənçilik təsərrüfatları işlədir. Soyuq bölgədə mədənçilik zavodu açaraq aşağı qiymətə elektrik verilməsi ilə mədənçilik gəlirini maksimuma çatdıracağıq “, – deyə qeyd olunub.

Bundan əlavə, şirkət mədənçilik təsərrüfatının eyni zamanda müştərilərin müraciətinə açıq bir “showroom”-a da çevrildiyini ifadə edib. “Showroom”-da 1000 ədəd mədənçilik avadanlığı fəaliyyət göstərəcək.

“Martın əvvəlində “showroom”-u açmağı planlaşdırırıq. Mart ayının ortalarından etibarən ictimaiyyət üçün turları qəbul etməyə başlayacağıq”.

Şirkət həmçinin xaricdə yerləşən mədənçilik təsərrüfatlarını genişləndirməyi planlaşdırır. “Fuji Television Network” vəziyyəti “yerli səviyyədən başlamaq DMM-nin mühəndis qrupunun əməliyyatlara birbaşa olaraq qatılıb keyfiyyətin təmin olunması və yerli istifadəçilərin etibarının qazanılmasını təmin edir”, – deyə şərh edib.

DMM-nin mədənçilik avadanlıqları

DMM təsərrüfatına şirkətin bütün kriptovalyuta vahidlərinin mədənçiliyini etmək üçün cihazların iki növünü – ASIC və GPU quraşdırıb. “DMM-nin ASIC cihazları Çində istehsal edilib. ASIC cihazları 650 Mh/s, GPU cihazları isə 300 MH/s və daha azdır”.

Bununla yanaşı, güc istehlakının ASIC cihazlarında 750 W, GPU cihazlarında isə 1900-2000 W arası olduğu və GPU mədənçilik təchizatlarının 12 GPU kartına sahib olaraq iki güc qaynağına bağlı olduqları ifadə edildi.

DMM Bitcoin, Ethereum və Litecoin də daxil olmaqla, fərqli kriptovalyutaların mədənçiliyini edəcəyini bildirib. DMM-nin mədənçilik laboratoriyasının lideri “Bitcoin mövzusunda qəti qərar verməmişik. Əlbəttə, Bitcoin mədənçiliyi də edəcəyik”, – deyə vurğulayıb. Bazar mühitinə bağlı olaraq hər dövr ən çox qazanc gətirən kriptovalyutanın mədənçiliyinin ediləcəyini söyləyib və “gələcəkdə tamamilə DMM-ə aid bir mədənçilik hovuzu işlətməyi və hər istifadəçinin mədənçilik haqlarını satın ala biləcəyi bir bulud mədənçilik sistemi inkişaf etdirməyi planlaşdırırıq”, – deyə əlavə edib.

Qeyd edək ki, DMM 7 kriptovalyuta vahidi və 14 ikitərəfli treydi dəstəkləyən bir kriptovalyuta birjası açmışdı.

Kateqoriya : Mədənçilik, İlk addımlar
Etiketlər : , , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.