İslandiya kriptovalyuta mədənçiliyinə böyük miqdarda enerji sərf edəcək

15 Fevral 2018

“Associated Press”-in verdiyi məlumata görə, İslandiya bu il kriptovalyuta mədənçiliyinə kommunal xərclərdən daha çox enerji sərf edəcək. Mədənçilik firmalarının Skandinaviya ölkələrinə axın etməsinin əsas səbəbi soyuq iqlim və bərpa olunan enerji imkanlarıdır.

“Hitaveita Sudurnesja” enerji şirkətinin nümayəndəsi Yohan Snorri Siqurberqson ölkənin kriptovalyuta mədənçiliyinə sərf etdiyi enerjinin 2 dəfə artırılaraq 100 meqavata çatdıracağını təxmin edir. Bu da 340 min islandın eyni müddətdə istifadə etdiyindən daha artıqdır.

Siqurberqson “AP”-ya verdiyi açıqlamada 4 əy əvvələ qədər bunu proqnozlaşdırmadığını, ancaq Bitcoin-in birdən sürətlə yüksəldiyini diqqətə çatdırıb. O, həmçinin yaxın vaxtda 18 meqavat almaq istəyən bir şirkətlə müzakirələr apardığını deyib.

Bitcoin mədənçiliyində istifadə olunan avadanlıqlar mədənçiyə Bitcoin mükafatı qazandıracaq “hash”-ları tapmaq üçün lazımi hesablamaları edərkən çox enerji sərf edir. Hazırda “Proof-of-Work” əvəzinə, “Proof-of-Stake” texnologiyası istifadə etmək də mədənçilik aparılan kompüterlərdə bərpa olunan enerji istifadə edilməsi kimidir.

Çində kömür istifadə edən mədənçilik sahələrinə nisbətən İslandiyadakı mədənçilik mərkəzləri havanı daha az çirkləndirir. Çünki İslandiyada geotermal və hidroelektrik stansiyaları daha çoxdur ki, hər ikisi sə kömürlə müqayisədə daha ucuzdur və ekologiyaya az əks təsir göstərir.

Ölkənin ən böyük üç Bitcoin mədənçilik mərkəzi İslandiyanın cənub yarımadasında yerləşən dənizkənarı şəhər olan Keflavikdə yerləşir. Bu müəssisələrdəki divarlar avadanlıqların küləklə təbii şəkildə soyudulması üçün hazırlanıb.

ABŞ-da mədənçilik şirkətləri əyalətdəki daha ucuz elektrikdən faydalanmaq üçün kütləvi şəkildə Vaşinqtona köçməyə başladıqda kiçik bir qəsəbənin məlumat bazası çox yükləndi və artıq 100 meqavatdan artıq enerjiyə ehtiyac duyur.

2008-ci ildəki iqtisadi böhrandan sonra İslandiya parlamentinə daxil olan hökumət əleyhdarı olan partiyanın rəhbəri Smari Makkarti mədənçilik şirkətlərinin “dəyər yaratdıqları” reallığı diqqətə çatdırıldıqda Bitcoin-dən əldə edəcəkləri mənfəətin vergiyə cəlb olunacağı təklifi ortaya atıldı.

Makkarti Bitcoin mədənçiliyinin İslandiyaya nə dərəcədə fayda verəcəyini təxmin etmir. O, açıqlamasında bunları bildirib:

“Onlarla, bəlkə də yüzlərlə meqavat sərf edərək əllə toxunulması mümkün olmayan və iqtisadi dünyanın xaricində olan insanlar üçün heç bir fayda verməyən bir nəsnə istehsal edirik. Bundan nə xeyir gəlir?”

2016-cı ilin dekabr ayında İslandiya nəticəsiz qalan seçkilərdən sonra alternativ bir koalisiya qurmağa çalışarkən, ölkədə Bitcoin-in qanuniləşdirilməsi təklif edilmişdi.

Kateqoriya : Kriptovalyutalar, Mədənçilik
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.