Kriptovalyuta bazarının ümumi həcmi 500 milyard dolları keçdi

19 Fevral 2018

Yanvarın əvvəlində 830 milyard dollara çatdıqdan sonra mediada yaranan mənfi xəbərlərin təsiri ilə 300 milyard dollara düşən kriptovalyuta bazarının ümumi həcmi yenidən 500 milyar dollara çatıb.

Rəqəmsal coinlər Davosdan sonra yaradılan FUD (Fear – qorxu, Uncertainity – qeyri-müəyyənlik, Doubt – şübhə) dövrünü tədricə geridə qoyur. Fevralın 5-də 300 milyard dollaradək geriləyən bazar həcmi son iki həftədə 66 % böyüyərək 500 milyar dollara yüksəlib.

Bitcoin

Rəqəmsal valyutaların kralı 7 gündə 8 min dollardan 11 min dollara qədər artıb. Son həftədə təxminən 40 % bahalaşan Bitcoin-in bazar həcmi 185 milyard dollara çatıb. Mütəxəssislər 10 min dollarlıq həddə böyük müqavimət olduğunu bildirsələr də, Bitcoin 11 min dollara qalxmağı bacardı.

Ethereum

Vitalik Baterinin dünyanı dəyişmək potensialına malik Ethereum-u da növbəti dəfə müsbət nəticə əldə edib. Rəqəmsal valyuta bu həftə 25 faizdən çox dəyər qazanıb və hazırda 975 dollar səviyyəsində müəyyən olunur.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.