Kriptovalyutalar ABŞ-ın gündəmini zəbt edib

20 Fevral 2018

“Reuters”-in xəbərinə görə, kriptovalyutalara bütün dünyada marağın artması ABŞ-lı hüquq müdafiəçilərini kriptovalyutalara qarşı qanunlar hazırlamağa məcbur edə bilər. Ölkədə kriptovalyutalar ciddi müzakirə mövzusuna çevrilib.

ABŞ-da ICO-lara nəzarət etmək səlahiyyətinə malik dörd fərqli təşkilat var: Sərmayə Bazarı Şurası (SEC), Müddətli Əmtəə Əməliyyatları Komissiyası (CFTC), Maliyyə Nazirliyi və Federal Ehtiyatlar (FED).

Bu təşkilatlardan SEC və CFTC fevralın 6-da təşkil edilən iclasda bir araya gələrək kriptovalyutalar, blockchain texnologiyası və ICO-ları necə tənzimləyəcəklərini müzakirə etmişdilər. Hər iki qurum bu istiqamətdə birlikdə çalışmağa qərar verdi. Ən sərt tənzimləmələrin ICO-lara, ən elastik qaydaların blockchain-ə tətbiq olunması qərara alındı. Bundan əlavə, bazar manipulyasiyası və saxtakarlığa diqqət edilərək sərmayəçiləri qoruyacaq qaydaların yaradılması nəzərə alındı.

Bankçılıq Komitəsinin üzvlərindən olan Respublikaçı senator Mayk Raunds kriptovalyutaların artan məşhurluğu səbəbi ilə tənzimləmə müzakirələrinə qatıldığını etiraf edib. Rounds “6 ay əvvəl kriptovalyutaların halı belə deyildi. Bazar çox dəyişib”, – deyə bildirib. Kriptovalyutaları tənzimləməyin vacib olduğunu Rounds kriptovalyutaların həm həm əmtəə, həm də qiymətli kağızlar olaraq təsnifatlaşdrılması fikrindədir.

Artan tənzimləmə çağırışları

Ağ Evin kibertəhlükəsizlik koordinatoru Rob Coys verdiyi açıqlamada kriptovalyutaların tənziməsinin planlaşdırılmadığını və onları hələ də anlamağa çalışdıqlarını bildirib.

Ağ Evin Maliyyə Xidmətləri Departamentində vəzifə sahibi olan Respublikaçı Bill Huyzenqa kriptovalyutalar mövzusunda ən səlahiyyətli qurumun SEC olduğunu dilə gətirib.

Həmin departamentdə fəaliyyət göstərən Demokrat Karolin Maloni Huyzenqanın fikirlərinə qatıldığını bildirib və “çoxları rəqəmsal valyutaları heç nəyin dəstəkləmədiyinin fərqində deyil”, – deyə qeyd edib.

“Sərbəst investor” kimi tanınan Respublikaçı Deyv Brat belə kriptovalyutaların ölkə iqtisadiyyatında mənfi təsirlər yaratdığını düşünür və ediləcək tənzimləmələri dəstəkləyir.

Demokrat senator Kris Van Hollen bütün tənzimləmə çağırışlarına qarşı blockchain kimi innovasiyaların daim dəstəklənəcəyini söyləyib.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.