“Starbucks” Blockchain texnologiyasından istifadə edə bilər

28 Fevral 2018

“Starbucks”-un idarə heyətinin rəhbəri Hovard Şultzun fevralın 27-də verdiyi açıqlamaya görə, qəhvə platformasının yeni ödəniş tətbiqi çərçivəsində Blockchain texnologiyasını istifadə edə biləcəyi gözlənilir.

Şultz “Fox”-a verdiyi açıqlamada ödəmə tətbiqinə bağlı “qeydiyyatdan keçmiş bir rəqəmsal valyutanın” istifadəsindən bəhs edib. Qəhvə istehsalçısının daha mərkəzi bir mühasibat sistemi yerinə Blockchain-dən istifadə edib etməyəcəyi soruşulduqda, Şultz şirkətin böyük ehtimalla bu müstəvidə hərəkət edəcəyini söyləyib:

“Fikrimcə, Blockchain-in “Starbucks”-a inteqrasiya olunmuş proqrama yerləşməsi böyük təməl ola bilər”.

Bir ay əvvəl də “Starbucks”-ın keçmiş rəhbəri şirkətdaxili telekonferans (earnings call) əsnasında yeni texnologiyadan xüsusilə ödəmə mərhələsində istifadə etmək mövzusunda planları olduğunu kobud şəkildə ifadə etmiş, ancaq şirkətin hər hansı bir şəkildə Bitcoin-dən istifadə etməyəcəyini bildirmişdi.

Telekonferans əsnasında Şultz bu texnologiyanın “Starbucks”-un rəqəmsal müştəri əlaqələrini genişlətməkdə müəyyən rol oynayacağını iddia etsə də, bunun praktiki olaraq necə nəticələnəcəyini zaman göstərəcək.

Şultz son olaraq bunları qeyd edib:

“Blockchain texnologiyasının istehlakçı tətbiqlərində istifadəsi nəzərə alınan miqdarda rəqəmsal valyutayla təmin edəcəyi bir dövrə girdiyimizdə inanıram”.

Kateqoriya : Kriptovalyutalar, İlk addımlar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.