FƏRZİYYƏ: Bitcoin 100 min dollara yüksələcək, mədənçilik isə…

01 Mart 2018

Fevralın 21-də “Bernstein”-in dərc etdiyi nvestisiya araşdırma hesabatına görə, Çinin ASIC istehsalçısı “Bitmain”-in 2017-ci ildəki gəliri 3-4 milyard dollar olub. “Bitmain” kriptovalyuta mədənçilərinin yaxından tanıdığı “Antminer”in istehsalçısıdır.

Hazırladığı cihazları özü kriptovalyuta çıxarmaq üçün istifadə etmir, onları satır. Həmçinin, dünyanın ən böyük mədənçilik hovuzlarından olan “AntPool”-u işlədir. Bəs, “Bitmain”-in satdığı avadanlıqlardan istifadə edənlər nə qədər mənfəət qazanıb?

“Antminer” seriyasının ən son bazara çıxarılan Bitcoin (S9), Litecoin (L3+) və Siacoin (A3) mədənçilik cihazları hazırda ən mənffətli və gəlirli avadanlıqlardan sayılır. Məsələn, bu siyahıya baxaq.

https://www.anythingcrypto.com/bitcoin-mining-calculators

Bunun kimi bir çox siyahı tapmaq olar. Hər birinin özünə görə bir “mənfəət” hesablama üsulu var. “Anythingcrypto”-nun yuxarıda göstərdiyimiz siyahısında “optimist” və “skeptik” şəklində iki ssenari üçün bəzi “Antminer” modellərinin 1 və 2 illik göstəricisi yer alıb. Bütün nəticələr BTC ilə yox, dollarla verilib, çünki BTC olaraq hesablandığında ortaya çox qəribə bir göstərici çıxır.

“Anythingcrypto”-nun siyahısında optimist ssenaridə Bitcoin-in qiymətinin dollar əsasında aylıq 10% artacağı fərz edilib, skeptik ssenaridə isə bu nisbət 8% göstərilib. Hesablamaların aktual və iki illik olduğu nəzərə alındıqda, bu siyahıya görə Bitcoin-in qimətinin 2020-ci ilin əvvəlində optimist ssenaridə 100 min dollar, skeptik ssenaridə isə 63 min dollar olacağı proqnozlaşdırılır. Yəni, ən pis halda belə iki il ərzində 634%-lik yüksəliş gözlənilir.

Bu hesablamada Bitcoin -in qiyməti ilə yanaşı, “çətinlik dərəcəsi” də əhəmiyyətlidir. Bu cihazların istehsal gücü orta hesabla 2 həftədən bir yenilənən çətinlik dərəcəsinə bağlı olaraq dəyişir. Optimist ssenarini ələ alsaq, çətinlik dərəcəsinin aylıq olaraq 15% artacağı fərz edilib. Ancaq “Antminer A3” üçün skeptik ssenarini, digərləri üçün optimist ssenarini təməl alacağıq.

Eyni müddət üçün Bitcoin-də meydana gələcək qiymət yüksəlişini 634 olaraq% qiymətləndirmişdik. Bu nisbəti əsas götürsək, Bitcoin əsasında gəlirlilik dərəcələri aşağıdagi kimidir:

Model

Çıxarılan kriptovalyuta əsasında gəlirlilik

(iki il sonra)

“Antminer A3”17%
“Antminer L3 +”25%
“Antminer R4”28%
“Antminer S9”30%

Bu modellərin aktual siyahılarda ən qazanclı olaraq keçən 2017-ci ildə 4 milyard dollar qazandığını bildirən “Bitmain”-in sın çıxardığı modellər olduğunu da xatırladaq. Həmçinin, bu modellərin fərqli şəkillərdə konfiqurasiya edilə biləcəyini, işin mütəxəssisi texniklər tərəfindən doğru şəkildə qurulub, lazımi kriptovalyutaların mədənçiliyi edildikdə yuxarıdakı nisbətlərdən daha çox fərqli nəticələr əldə edilə biləcəyini də qeyd etmək lazımdır. Digər vacib faktor elektrik haqqıdır. Xüsusi olaraq alacağınız nəticəni daha uyğun şəkildə təxmin etmək üçün elektrik qiymətini aylıq xərclər kimi aşağıdakı ünvana daxil olaraq hesablaya bilərsiniz.

https://bitcoinwisdom.com/bitcoin/calculator

“Anythingcrypto”-nun fərziyyələrinə görə, bu nəticə digər siyahılar və mədənçilik motorları vasitəsilə çatılacaq nəticələrlə üst-üstə düşür. Kriptovalyuta mədənçiliyi etmək üçün lazım olan sərmayə ilə o kriptovalyutanı satın alsanız, ehtimal ki, daha çox gəlir qazanacaqsınız.

Bunlarla yanaşı, mədənçilik kriptovalyutaların işləməsi üçün mərkəzi bir əhəmiyyətə malikdir.Bir kriptovalyuta pulqabısını yaradıb blok zəncirinin hamısını endirmək və mədənçilik etməkhəmçinin kriptovalyutanın təhlükəsizliyini dəstəkləmək üçün də həyata keçirilə bilər.

Kateqoriya : Kriptovalyutalar, Mədənçilik
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.