Kriptovalyuta mədənçiləri ötən il 3 milyon GPU satın alıb

02 Mart 2018

Ötən il kriptovalyuta mədənçiliyində qeydə alınan yüksəliş GPU bazarında qıtlığa səbəb olub. Hətta bu qıtlıq mütəxəssislərin kosmosu müşahidə etmək üçün lazım olan GPU-ları əldə edə bilmədiklərinə görə kosmik araşdırmalara da zərbə vurub.

Əldə olunan yeni məlumatlara görə, mədənçilər ötən il 776 milyon dollar dəyərində 3 milyon GPU satın alıblar.

Kompüter oyunçuları məyus oldu

“Jon Peddie Research” tərəfindən hazırlanan yeni hesabata görə, “AMD Nvidia”-nın qarşısında əsas kriptovalyuta mədənçiliyi hücumu təşkilatçısı olaraq önə çıxır. Rəqəmlər bütün bazara böyük təsir göstərir, hətta oyunçuların da qəzəbinə tuş gəlib.

“Jon Peddie Research”-ün rəhbəri Con Peddi:

“Oyunlar kriptovalyuta mədənçilərinin tələbi ilə güclənən GPU satışları üçün hər zaman əsas bir qaynaq olub, olmağa da davam edir. Mədənçilik xərcləri artarkən AIB qiymətlərini ərz və tələb fərqi yaranacağından marjalar endikcə, mədənçilərin tələbinin azalmasını gözləyirik”.

AMD-nin bazar payı təxminən 8.1% artıb, “Nvidia”-nın bazar payı isə 6% azalıb. Ötən il GPU bazarı 4.8 faiz eniş yaşayıb. “Nvidia”-nın CEO-su kriptovalyutaların heç bir yerə getmədiyini və qrafik kartlarının azlığından ötəri şirkətin kompüter oyunçularını prioritet kimi müəyyənləşdirdiklərini açıqlayıb.

Bu hərəkətin AMD satışlarını artıran faktor olduğu düşünülmür. Daha ucuz ekran kartı alan mədənçilərin ROI zamanını azaltması nəticəsində AMD hələ də sıx tələb görür.

Ötən il iki şirkət də daha ucuz kriptovalyuta mədənçiliyi GPU-ları hazırlamaq üçün çalışacaqlarını bildirmişdi. Amma oyun sənayesi hələ də prioritet idi. Aparılan araşdırma mədənçilərin çip istehsalçıları üçün maraqlı bir müştəri kütləsi ola biləcəyini, qiymətlərin yaxın vaxtda enməyəcəyini göstərir.

Buna bir həll olaraq Peddi kompüter oyunçularına GPU-larını oyun üçün istifadə etmədikləri vaxtlarda mədənçilikdə istifadə etmələrini təklif edir. Onun təklifinə görə, bu, oyunçuları yüksək qiymətdən xilas edəcək.

Kateqoriya : Kriptovalyutalar, Mədənçilik
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.