Tron sürətlə yüksəlməyə başladı, “Bittrex” dərhal hərəkətə keçdi

02 Mart 2018

Heç bir şey bir coinin qiymətini böyük birjada göstərildiyi qədər yaxşılaşdıra bilməz. Həmin birjaların ən böyüklərindəm biri olan “Bittrex” Tron-un (TRX) siyahısına qatıldığını elan etdi.

Tron yanvarın əvvəlində yaşadığı qiymət yüksəlişindən bu yana getdikcə zəiflədi. Kriptovalyutaların sürətlə irəlilədiyi vaxtda bu sektora yeni daxil olanların öz aldıqları kriptovalyutaların tezliklə bazarın liderinə çevriləcəyinə inanması maraqlı vəziyyət yaratdı.

Tron-un böyük yüksəlişi və eniş

Tron sahibkar Castin San tərəfindən təsis olunan Çinin əyləncə sektoruna əsaslanan kriptovalyutadır. İlk uğurunu bir qismi sosial mediada fəaliyyəti sayəsində olmaqla, dekabrın əvvəlində 0.002 dolar olan qiymətini yanvarın əvvəlində 0,28 dollara yüksəltməklə qazandı. Bir aydan az müddətdə təxminən 14 min faiz yüksəldi. TRX ilə bir çoxları qurucusu başda olmaqla, böyük pullar əldə etdi. Ancaq Tronu yüksəlişdə olduğu vat alanlar sonradan baş verən eniş nəticəsində pullarını itirdi.

Bu gün verilən məlumata görə, Tron “Bittrex”-in siyahısında yer alacaq.

“Bu vaxtdan etibarən, TRX “Bittrex”-də əməliyyat həyata keçirə biləcək”.

“Bittrex”-ə təşəkkür edirəm. “Bittrex”-də TRX ticarəti etməyə xoş gəlmisiniz”.

TRX-nin qiymət səviyyəsi olaraq Asiya ticarət birjalarının açılmasından bir neçə saat əvvəl qiyməti yüksəldi və gün ərzində 20%-dən çox artaraq müsbətə doğru irəlilədi. Hazırda 0.05 dollar səviyyəsində müəyyən olunur.

Tron-un gələcəyi

Castin San davam edən tərəfdaşlıq açıqlamaları səbəbiylə bütün dünyada sosial mediada tənqid atəşinə tutulur. Şirkət kiçik Çin şirkətləri ilə bir sıra əməkdaşlıq etdi, ancaq bu, müsbət nəticələnmədi. Marağın azalmasına səbəb olaraq Tron-un hələ də sağlam məhsul çıxara bilməməsi səbəbi ilə son iki ayda valyutaya olan inamın itməsini qeyd edə bilərik.

Qiymətləri artırmaq üçün kriptovalyutanın miqdarını azaldacaq bir əməliyyat aparılması planlaşdırıldı. Hazırda bu sa dövriyyədəki 65 milyardla bərabər 100 milyarda bərabərdir. Tron yüksəlişdə olarkən 6-cı sıraya yüksəlmişdi, hazırda isə 15-ci pillədədir. Mövcud birja tutumu 3.2 milyard dollara, gündəlik ticarət həcmi isə 500 milyon dollara çatır.

“Bittrex”-in Tronu öz siyahısına əlavə etməsi böyük uğurunun zəmin yaradıcısı ola bilər.

Kateqoriya : Kriptovalyutalar, Birjalar, İlk addımlar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.