Bitcoin ilə əməliyyat xərcləri aşağı düşdü

03 Mart 2018

Bazarın qabaqcıl kriptovalyuta birjaları “Binance”, “Kraken” və “Bitfinex” Bitcoin çıxarılması xərclərini endirib.

Endirim martın 1-də “Bitfinex”-in alış xərclərini 0.0006 BTC-yə qədər azaltmasıyla başladı. Daha sonra “Binance” Bitcoin çıxarılması xərcini 50% azaldığını və 0.0005 BTC səviyyəsində olduğunu elan etdi. “Kraken” də endirim edən birjalardan oldu.

Son olaraq “Bitfinex” dünən yeni bir endirim qərarı verdi və rəsmi Twitter hesabında bu elanı etdi:

“BT-nin çıxarılması ödənişlərində tətbiq etdiyimiz 33.3%-lik endirim üçün çox həyəcanlıyıq. “Bitfinex”-də Bitcoin çıxarılması ödənişi hazırda yalnız 0.0004 BTC-dir”.

Əməliyyat xərclərinin endirilməsi kimi SegWit tətbiqi önə çıxarılır. “Segregated Witness” (SegWit) Bitcoin protokolunun ölçüsünü asanlaşdırır. Üç birja arasında ən aşağı xərci “Bitfinex” tutur. Birja fevralın 20-də aşağı Bitcoin əməliyyatı xərclərinə və daha sürətli əməliyyatlara səbəb olacaq SegWit-i aktiv etdiyini açıqlamışdı.

Digər tərəfdən, “Bitfinex”-in CTO-su Paolo Ardoino bir neçə gün əvvəl bunları bildirmişdi:

“Bitfinex” sadiq və anlayışlı müştərilər üçün məhsuldar təkliflər verməyə qərarlıdır. SegWit ilə birlikdə Bitcoin çıxarılması xərclərində 20% -ə qədər endirim təklif etməyimizdən və müştərilərimizi əvvəlki kimi sürətli əməliyyatlarla sevindirməyimizdən çox xoşbəxtik”.

“Bitfinex”-in paylaşımına gələn şərhlərdən biri marağa səbəb oldu. Stiv Çatter adlı izləyici şəbəkənin hashrate-nin 20E olduğunu və bu dəyər düşdükdə ərclərin yenidən artırılacağını bildirib. Endirimlərin SegWit ilə əlaqəsinin olmadığını düşünən Stiv Çatter “Bitfinex”-in SegWit-dən yalnız reklam üçün istifadə etdiyini qeyd edib.

Coş Stivens adlı investor isə bu üç birja arasındakı rəqabətə diqqət çəkərək “Binance” və “Kraken”-in yeni endirimlər edə biləcəyini söyləyib.

Kateqoriya : Kriptovalyutalar, Birjalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.