Prezident seçkilərində Blockchain-dən istifadə ediləcək

07 Mart 2018

Rusiyanın seçki araşdırma mərkəzindən martın 5-də verilən rəsmi açıqlamaya görə, saylı günlər qalan prezident seçkiləri ilə bağlı anketin nəticələrini təqib etmək üçün Blockchain-dən istifadə ediləcək.

Rusiya İctimai Araşdırmalar Mərkəzi (VTSIOM) ağıllı texnologiyalar və ICO məsləhətçiliyi sahəsindəki mütəxəssisliyiylə tanınan “2chain” firmasıyla əməkdaşlığa imza atıb. Bu əməkdaşlıqla yanaşı, Blockchain texnologiyası dünyada ilk dəfə seçki prosesində istifadə olunacaq.

Səlahiyyətlilərə görə, VTsIOM və “2chain” anketlərdən toplanan məlumatları Blockchain əsaslı məlumat bazasında salayacaq. Bundan əlavə, DDos hücumlarının və digər təhdidlərin xüsusilə seçki vaxtı aradan qaldırılması təmin ediləcək.

VTsIOM-un direktoru Valeri Fyodorov mövzu ilə əlaqədar “İndiyə qədər etdiyimiz anketlərdə yaşadığımız DDoS hücumları və anonim kompüter hakerlərinin hücumlaır səbəbiylə seçki günündə vebsaytı bağlamağa məcbur olurduq”, – deyə bildirib vvə sözlərinə belə davam edib.

“Blockchain sayəsində, topladığımız məlumatları kiber hücumlardan qoruya bilərik və məlumat sistemindəki zəifliyi aradan qaldırarıq. Məlumatların bütövlüyü və tutarlılığını da təmin edə bilərik”.

Fyodorov Estoniya və İrlandiyadan gələn oxşar fikirlərin hələ planlaşdırma mərhələsində olduğunu və istifadə edəcəkləri bu sistemin ünya üzərində paralelinin olmadığını dilə gətirib.

Martın 12-də təqdim olunacaq layihə hər kəsin Blockchain sayəsində xüsusi bir portal istifadə edərək izləyə biləcəyi, real vaxt yeniliklərini də ehtiva edəcək.

Kateqoriya : İlk addımlar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.