“Alibaba” Blockchain-dən istifadəyə başlayır

07 Mart 2018

Çinin elektron ticarət firması “Alibaba”-nın törəmə şirkəti olan “Lynx International” sərhədyanı nəqliyyat müəssisələri üçün Blockchain texnologiyasını uğurla tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, bu texnologiyanın blockchain əsaslı sistemi sayəsində bütün əsas çatdırılmalar, nəzarət və üçüncü tərəfin təsdiqi təqib edilir.

Şirkətin texniki direktoru Tanq Ren belə açıqlama verib:

“Blockchain texnologiyası anlayışı hələ yeni ortaya çıxsa da, çox geniş tətbiq sahəsi var. Bunun valyutaları qiymətləndirmək üçün bir vasitə olmasından daha çox qiymətləndirmək üçün bir üsul olduğuna inanırıq”.

Etibarlılığın təmin edilməsi

Bütün blockchain əsaslı sistemlərdə olduğu kimi, məlumatlar qeyd edilməklə bərabər geri alına bilir və diqqətlə araşdırılır, lakin heç bir halda yenidən təşkil edilə bilməz. Blockchain-in dəyişməzliyi onu kriptovalyuta istifadəsində imtinaedilməz bir element halına gətirən əsas səbəblərdən biridir. Bundan əlavə, bu texnologiyanı tətbiq edən hər hansı bir sistem onun təhlükəsizlik imkanlarından və etibarlı strukturlarından istifadə edə bilər.

“Alibaba”-nın Blockchain-ə baş vurması şirkətin kriptovalyutalara xüsusi maraq göstərdiyinin sübutudur. 2017-ci ilin dekabrında şirkətin təsisçisi Cek Ma o vaxtlar kriptovalyutalarla özünün və ya şirkətin əlaqəsinin olmadığını bildirib, blockchain-lə maraqlanmadıqlarını qeyd etmişdi.

“Alibaba”-nın “Taobao” və “Aliexpress” kimi Çin və dünyanın hər yerinə xidmət göstərən iki böyük alış-veriş proqramının sahibi olduğunu nəzərə alsaq, şirkətin çatdırılma prosesini asanlaşdırmağa çalışdığının səbəblərini müəyyən edə bilərik.

“Alibaba” həmçinin sağlamlıq və qida keyfiyyətinə nəzarət sənayesi üçün blockchain əsaslı proqramlar yaradıb.

Bəzi nəşrlər “Taobao” mobil tətbiqində bəzi məhsulların aşağısında “Məhsulun çatdırılması izləmə məlumatlarına bax” seçiminin olduğunu qeyd edir. Linkə daxil olduqda məhsul haqqındakı bütün məlumatlar görüntülənir və müştəri aldığı məhsulun bütün normalara cavab verdiyinə əmin olur.

Hesablamalara görə, 30 mindən artıq mütəlif məhsullar Şanxay, Şenzen, Quanqzuo, Hanqzuo və Tianjindən idxal edilib. Tanq bu haqda belə açıqlama verib:

“Bu məhsullar xxarici ölkələrə göndərildikdə, çatdırılma məlumatları Blockchain-ə giriş etmiş olur”.

Kateqoriya : Kriptovalyutalar, İlk addımlar
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.