Belçika kriptovalyuta investorlarına ciddi nəzarət edir

07 Mart 2018

“De Standaard”-ın martın 2-də verdiyi xəbərə görə, Belçika Xüsusi Vergilər Araşdırma İnstitutu (STI) xarici birjalara investisiya qoyan kriptovalyuta istifadəçilərini araşdırır.

3 belçikalı investor Finlandiya birjalarına investisiya qoydu. Fin rəsmilər bu şəxsləri təsbit edərək STI-yə bildirdi. STI investorları araşdırmağa başladı. Daha sonra STI tərəfindən 4 sənəd araşdırılaraq qərarla əlaqələndirildi.

Ötən il tənzimlənən Belçika qanunvericiliyinə görə, kriptovalyuta investorları gəlirlərinin 33%-ni vergi kimi ödəməlidirlər. Kriptovalyuta vergisi vergi sənədlərində “müxtəlif gəlir” kimi təsnif edilir.

Kriptovalyuta birjalarındakı əməliyyatlar anonim olduğundan, STİ vergi tətbiq edə bilməyəcək. IRS kriptovalyuta birjası cüzdanı “Coinbase” istifadə edən 13000 investor vergiyə cəlb olundu.

Eyni zamanda, ABŞ və Belçika arasında vergi müqaviləsi var. Hökumət belçikalı “Coinbase” istifadəçilərini bu razılığa əsasən vergiyə cəlb edəcək. STI digər xarici kriptovalyuta birjalarına oxşar təkliflər verməyi planlaşdırır. Beləliklə, STI belçikalı investorların məlumatlarına çıxış əldə edə biləcək.

Belçika Federal Dövlət Xidmətləri Departamentinin əməkdaşı Fransis Edins “De Standaard”-a bunları bildirib:

“IRS-in örnəyinə bənzər bir araşdırma apara bilərik. Üzərində çalışdığımız və Bitcoin ilə birlikdə digər kriptovalyuta əməliyyatları edən bir neçə birja var. Qəti bir şəkildə bildirirəm ki, kriptovalyutalarla bağlı bütün internet saytları və birjalar nəzarətə götürülə bilər”.

IRS “Coinbase”-dən bütün sərmayə ilə bağlı məlumatları toplamaq üçün sənədləri məhkəməyə təqdim edib. Məhkəmə 2017-ci ildə qərarını verdi və sadəcə olaraq yüksək miqdarda sərmayə yerləşdirən şəxslərin məlumatları IRS-a verildi.

Kateqoriya : Kriptovalyutalar, İnvestisiya
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.