“Binance”-ın ticarət botları oğurlandı, əməliyyatlar dayandırıldı

08 Mart 2018

Ən böyük kriptovalyuta birjası hesab olunan “Binance” bütün pul çıxarılması və ticarət əməliyyatlarını müvəqqəti olaraq dayandırıb. “Binance”-ın bu addımı istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

Bu hadisəni bir “Reddit” istifadəçisi belə xarakterizə edib:

“Nə baş verir? “Binance” az əvvəl sahib olduğum bütün altcoinləri bazar qiymətinə satdı və yalnız Bitcoin-lərimi saxladı. Hesabım oğurlanıb, yoxsa “Binance” bot problemi yaşanır?”

Digər istifadəçi bunları qeyd edib:

“Mənim də iştirakım olmadan hesabımda inanılmaz qiymətə VIAcoin ticarəti edilib “.

Sosial mediadakı istifadəçilərin şərhlərinə görə, bunun səbəbi “Binance”-ın ticarət botunun oğurlanması (hack olunması) ilə bağlıdır. Hakerlər hücum etdikləri hesablardakı bütün altcoinləri sataraq digər virtual valyuta olan Viacoin (VIA) alıblar.

Minlərlə hesab ələ keçirilərək orada olan aktivlər satılıb, Viacoin alınıb. Kiber hücum baş verdikdən bir neçə dəqiqə sonra Viacoin-in qiyməti 3500-dən 18000-ə qədər yüksəldi.

“Binance”-dan verilən açıqlamda oğurluq iddiası rədd edilib. Ancaq ən böyük kriptovalyuta birjasının böyük miqyaslı əməliyyatları dayandırması qərarı şübhəli görünür.

Dəstək bölümündən verilən açıqlamaya görə:

“Problemin fərqindəyik və komandamız onu həll etmək üçün bütün gücünü səfərbər edib. Xahiş edirik, həyəcanlanmayın. Problemin həlli ilə bağlı hər hansı irəliləyiş haqda məlumat verəcəyik”.

Ticarət botları və ya digər adı ilə alqoritm ticarəti daha əvvəldən proqramlaşdırılmış proqram sayəsində bazarın təqib edilməsini və ticarət aparılmasını təmin edir. Bu növ botlar kriptovalyuta bazarında uzun müddətdir istifadə edilir. Xüsusilə, altcoinlərin qiymətini şişirtmək üçün yaxşı vasitədir. Yeni investorların sosial mediadan ço istifadə etdiyini nəzərə alsaq, bu növ botlar inflyasiyaya təsir göstərir.

 

Kateqoriya : Birjalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.