Gələcəyin kriptovalyutası – Ethereum nədir?

08 Mart 2018

Ötən bir neçə ildə ən böyük ikinci kriptovalyuta olmağı bacaran Ethereum Bitcoin ilə müqayisədə daha müsbət dəyərləndirmələr almaqdadır. Ethereum tərtibatçılar və investorların birgə işi sayəsində xüsusi populyarlıq qazanıb.

Ethereum nədir?

Ethereum-un digər kriptovalyutalardan əsas fərqi adi bir kriptovalyuta olmamasıdır. Ethereum, Blockchain texnologiyası ilə işləyən ağıllı müqavilələri olan “Ethereum Virtual Machine”-ə (EVM) əsaslanan çoxsəviyyəli bir platformadır. Beləliklə, Ethereum ağıllı müqavilələr hazırlamaq üçün istifadə edilə bilər.

Blockchain-də saxlanılan Ethereum ağıllı (smart) müqavilələri və tənzimləmələri sadələşdirmək üçün də istifadə olunur. Belə müqavilələrin əsas üstünlüyü, Blockchain-in qeyri-mərkəzləşdirilmiş idarəetmə və icra sisteminin istifadəsinə icazə verməsidir. Bu isə saxtakarlıqların qarşısını alır. Ethereum smart müqavilələri ənənəvi müqavilələrlə müqayisədə daha təhlükəsizdir və aşağı əməliyyat ödənişləri tətbiq edir.

Ağıllı müqavilələrin əlavələri Blockchain texnologiyasından istifadə edərək Ethereum-a əsaslanır. Həmçinin, Ethereum digər kriptovalyutalar kimi elektron pul qablarında saxlanılır və bu pul qabları ağıllı müqavilələr yaratmaq və istifadə etməyə imkan verir.

Kriptovalyutanızı istifadə edərək ağıllı müqavilələr yarada bilərsiniz

Ethereum istifadəçilərinin rəqəmsal səhmlər və rəqəmsal aktivlərdə istifadə edə biləcəkləri tokenlər çıxarmaq imkanı var. Belə ağıllı müqavilələr standart kripto API istifadəçisi və ya hər hansı birja və kriptovalyuta elektron pul qabına uyğun gəlir. Səhmlər təklif etmə, səsvermə və fandreyzinq kimi digər məqsədlərlə istifadə etmək üçün Ethereum vebsaytından kodlar kopyalana bilər. Bu platformada həqiqətən mümkün olan detal isə müəyyən qaydalar çərçivəsində müəyyən sayda tokeni sərbəst buramaqdır.

Bitcoin və Ethereum arasında ən böyük fərq

Blockchain texnologiyasına əsaslanan bu layihələr iki kiçik fərqliliklə ayrılır:

Bitcoin-də ortalama blok yaratma müddəti 10 dəqiqə olsa da, Ethereum bu müddəti 12 saniyəyə qədər endirir. Ethereum bu uğuru GHOST protokolu sayəsində əldə edir. Sürətli blokların istehsal edilməsi də emal sürətini artırır. Bu, eyni zamanda blokların sayını da artırır.

Bu iki kriptovalyuta arasında digər fərq pul təchizatı məsələsidir. Bütün Bitcoin-lərin təminən üçdə ikisi artıq çıxarılıb. Hətta əksəriyyəti 2014-cü ildən əvvəl çıxarılmışdı. Ethereum isə ön satışlar sayəsində başlanğıc kapitalını topladı və beşinci ilinə girən bu sistemdə ümumi Ethereum-ların sadəcə yarısı çıxarılıb.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.