“Coincheck” istifadəçilərin oğurlanan aktivlərini kompensasiya edəcək

09 Mart 2018

Yaponiyanın kriptovalyuta birjası “Coincheck” yanvarda reallaşan 530 milyon dollarlıq NEM oğurluq hadisəsindən təsirlənən istifadəçilərin itkilərini növbəti həftədən etibarən kompensasiya etməyə başlayacağı məlumatını təsdiqləyib.

Verilən açıqlamada “Coincheck”-in müştərilərin itirdiklərinin geri qaytarılmasına çalışacağı bildirilib. Hələlik daha çox detal verilməsə də, “Coincheck”-in baş meneceri Koiçiro Vada və əməliyyat rəhbəri Yusuke Otsuka təşkil edilən mətbuat konfransında növbəti günlərdə bir sıra detalın açıqlanacağını qeyd ediblər.

Yanvarın 26-da tərtibatçılar bütün zamanların ən böyük kriptovalyuta oğurluğu olan 530 milyon dollarlıq NEM mənimsənilməsini təsdiq etmişdi. Verilən qərarlardan sonra müştərilər 40.1 milyard dollar yeni geri çıxarmağı bacardılar. Oğurlanan hər NEM tokeninin 88 yen (0.89 ABŞ dolları) olaraq hesablanıb geri ödəniləcəyi açıqlandı.

Eyni zamanda, ölkənin maliyyə tənzimləyicisi Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) də bu oğurluq hadisəsindən sonra daxili birjalardakı araşdırmalarını artıracağını vurğulamışdı.

2017-ci ildən bəri Bitcoin-i ödəmə üsulu olaraq qəbul edən yeni qaydalara əsasən, Yaponiyadakı birjalar FSA-da qeydiyyatdan keçərək ölkədə ticarət etmək üçün müəyyən rəhbər prinsiplərə riayət etmək məcburiyyətindədirlər. Fəaliyyət göstərən 32 birjadan yalnız 16-sı qeydiyyatdan keçib. “Coincheck” həmin birjalardan biridir. Həmin vaxxt FSA şərtlərə uyğun olmayan birjalara sərt cəzalar tətbiq etməyə başladı.

“Coincheck” tənzimləyici quruluşdan bu gün aldığı “biznesin inkişafı əmri” ilə yanaşı FSA-dan lisenziya almaq ümidlərini qoruyub saxlayır. Tərtibatçılar NEM oğurluğunun xüsusi proqramlar vasitəsilə bir əməkdaşın kompüterini ələ keçirməklə baş tutduğunu qeyd edirlər. Birjanın gələn həftə kriptovalyutaları siyahıya alınmağa və ticarətini təşkil etməyə başlayacağı bildirilib.

Kateqoriya : Kriptovalyutalar, Birjalar
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.