Ruslar Bitcoin-i ən gözəl hədiyyə hesab edirlər

10 Mart 2018

Kriptovalyutalar Rusiyada populyarlaşır və onu hədiyyə növü olaraq istifadə etmək yaxşı bir fikir sayılır. Yeni bir araşdırmaya görə, sevgililərini və həyat yoldaşlarını xoşbəxt etmək üçün daha çox rus Bitcoin və digər kriptovalyutaların gözəl hədiyyə olduğunu düşünür.

8 Mart Rusiya və digər ölkələrdə Beynəlxalq Qadınlar günü kimi qeyd edilir.

Buketlər, Gadget-lər və Bitcoin-lər

Beynəlxalq Qadınlar Günü Rusiya və bütün dünyada dövlət bayramı kimi qeyd olunur. “Hi-tech Mail.ru” tərəfindən aparılan onlayn sorğuya görə, kriptovalyutalar uyğun hədiyyə seçməklə bağlı qərar qəbuletmə prosesinə təsir göstərir.

Sorğuda kriptovalyutaların qadınlar üçün hədiyyə olaraq məşhur seçim halına gəldiyi müəyyənləşib. Respondentlərin üçdə biri gül alacaqlarını söyləyib. 14%-i “iPhone”-un ideal hədiyyə olduğunu bildirib. Yalnız 10%-i rusiyalı qadınların bayramda heç nəyə ehtiyac duymadığını düşünür.

İştirakçıların 13%-i rəfiqələrini və ya həyat yoldaşlarını kriptovalyuta ilə təəccübləndirəcəklərini qeyd ediblər. Onlardan təxminən 60%-i Bitcoin-ə üstünlük verir, Ethereum 22% ilə ikinci sırada gəlir. Litecoin və Ripple isə 5% civarındadır. 7% iştirakçı digər kriptovalyutaları daha uyğun görüb. Onlayn sorğuda 4 mindən çox adam iştirak edib.

Yeni statistikalar göstərir ki, rusların kriptovalyutalara olan marağı əvvəlkinə nisbətən azala bilər. İnternet istifadəçiləri arasındakı məşhurluq azalır. Trend həm “Google”, həm də Rusiyanın ən məşhur axtarış motoru “Yandex” tərəfindən təsdiqlənib.

“Google Trendler”-ə görə, son bir neçə ayda Bitcoin-lə maraqlananlar 80% azalıb. Eyni zamanda, “Yandex”-dəki Bitcoin ilə bağlı sorğuların aylıq sayı 8.5 milyondan 4.3 milyona qədər enib.

“Google”-un 2017-ci ilin axtarış hesabatına görə, ötən il rus sorğularında ən populyar ifadələrdən biri Bitcoin olub. Oxşar nəticələr qonşu Ukraynada və ətrafında da qeydə alınıb.

Fevralda Bitcoin-in qiyməti 6000 dollaradək endi. Lakin rusiyalı ekspertlər daha çox ölkənin kriptovalyutaları tanıdığı və qəbul etdiyi üçün Bitcoin-in qiyməti və məşhurluğunun yüksələcəyinə inanırlar.

“Digrate”-in təsisçisi Stanislav Şakirov bunları bildirib:

“Hazırda gördüyünüz nəsnə cəmiyyətdə qəbul edilməzdən qabaq yeni bir texnologiyanı sınamaqdır. Ciddi böyümə hələ müşahidə edilməyib”.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.