Azərbaycanda ilk dəfə blockchain-dən istifadə ediləcək

13 Mart 2018

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz fəaliyyətində blockchain texnologiyasını tətbiq edəcək.

Bunu Limanın rəhbəri Taleh Ziyadov Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” beynəlxalq konfransında deyib.

O qeyd edib ki, Ələtdəki yeni Bakı limanını Xəzərdə daha texnoloji limana çevirmək planlaşdırır:

“Biz blockchain texnologiyalarından istifadə etməyi planlaşdırırıq. Bu, əməliyyatları əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verəcək, əməliyyatları daha şəffaf edəcək, liman isə Xəzərdə ən texnoloji liman olacaq”.

Limanın rəhbəri bildirib ki, artıq may ayında, tikinti işlərinin birinci mərhələsinin başa çatması ilə liman ildə 15 milyon ton yük aşıra biləcək.

Trend.az

Kateqoriya : İlk addımlar
Etiketlər : ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.