“Binance”-dan 250 minlik mükafatdan sonra daha bir yenilik

14 Mart 2018

Ötən gün bazar həcmi baxımından ən böyük kriptovalyuta birjası olan “Binance”-dan verilən açıqlamaya görə, mərkəzsiz birja yaratmaq üçün Blockchain əməliyyatlarına başlanılıb.

“Binance”-ın prinsipi olan mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş birjaların yaxın gələcəkdə bir araya gələrək bir-birini tamamlayacağı düşüncəsi Blockchain aktivlərinin satışı üçün istifadə ediləcək “Binance Chain”-i inkişaf etdirməkdə əsl ruhlandırıcı rol oynayıb. Bu addımla yanaşı, kriptovalyuta birjalarının şirkət olmaqdan çıxaraq cəmiyyətə çevriləcəyi də ifadə edilib.

“Binance”-dan məsələ ilə bağlı “Bu sektoru inkişaf etdirmək üçün ən yaxşı yol yüksək keyfiyyətli blok layihələrinə davamlı dəstək verməkdir”, – deyə bildirilib.

Bu yeni Blockchain ilə birgə birja öz şəbəkəsində yer alacaq token olan Binance Coin-ə (BNB) ev sahibliyi edəcək.

Mərkəzi olmayan bu birja müştəri fondlarını əlində saxlayan üçüncü bir tərəfə xidmət etməyəcəyi üçün mərkəzi birjalardan ayrılacaq. Yəni, müştərilər mərkəzi serverə ehtiyac olmadan digər istifadəçilərlə işləyə biləcəklər və nəzarət edən bir meanizm olmayacaq.

Həmçinin, qeyri-mərkəzləşdirilmiş birjaların hücuma məruz qalması da mərkəzi birjadan daha çətin olacaq.

“Binance”-ın qeyri-mərkəzləşdirilmiş birja bəyannaməsi martın 7-dəki kiber hücumda məsuliyyət daşıyan şəxslər haqqında məlumat verə biləcək hər kəsə 250 min dollar mükafat verəcəyini elan etdikdən az sonra açıqlanıb.

Kateqoriya : Birjalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.