Azərbaycanda Blockchain texnologiyası əsaslı mərkəz quruldu

Osman Gündüz Blockchain
09 Aprel 2018

Azərbaycanda kriptovalyuta bazarı və blockchain texnologiyasının tədqiqi və inkişafı mərkəzi yaradılıb.

Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib. Osman Gündüzün sözlərinə görə, ötən gün mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:

“Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockchain-in nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək. Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blockchain üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.

Trend.az

Kateqoriya : İlk addımlar
Etiketlər : , , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.