IOTA-dan vacib addım: Bahalaşacaq!

10 Aprel 2018

Mənfəət məqsədi güdməyən IOTA Fondu təşkilatı həmlələrinə daha birini əlavə edib. “Fujitsu”-nun Mərkəzi Avropa səlahiyyətlisi Rolf Verner bundan sonra IOTA Fondu üçün işləyəcəyini söyləyib.

Dərc olunan bloq yazısında fondun rəhbərlərinin açıqlamaları belə olub: Vernerin özünəxas səyi və iş şövqü DLT sektorundakı lider mövqeyini qorumaq və gücləndirmək üçün çalışmalarını davam etdirən IOTA layihəsinə böyük fayda gətirəcək”.

Rolf Verner həmçinin “Fujitsu Technology Solutions”-un idarə heyətinin sədridir. Verner IOTA-nın 2018-ci ildən bəri tərkibinə qatdığı ikinci əsas şəxs kimi diqqət çəkir.

IOTA-nı obyektlərin internetinə (IoT) istiqamətli fəaliyyət göstərən kriptovalyuta layihəsi adlandırmaq olar. IOTA infrastrukturundakı “Tangle” texnologiyası ilə tanınır. Bunun sayəsində mikroəməliyyatlar da daxil olmaqla, heç bir əməliyyata görə ödəniş yoxdur. “Tangle”-nin kriptovalyutaların əksəriyyətinin istifadə etdiyi Blockchain-dən fərqli olduğunu söyləyə bilərik.

Rolf Verner IOTA-dakı yeni vəzifəsi haqda bunları qeyd edib:

“IOTA “Tangle” infrastrukturundan istifadə edən mərkəzsiz və etibarlı tətbiqlərlə həyata keçirəbiləcəklərimizi xəyal edirəm. Maşından maşına edilən ödənişlərin texniki olaraq əvvəlində bir çox yenilik etmək mümkündür. Təchizat zənciri və təhlükəsiz şəxsiyyətin idarə edilməsi ağlıma gələn ilk sektorlardır”.

IOTA-nın uğurla irəlilədiyini söyləmək olar. Hazırda o, 0.98 dollar dəyərində müəyyən olunur.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.