Bu, ən ucuz coindir, lakin almayın!

22 Aprel 2018

Bazarlar müxtəlif müvəffəqiyyət dərəcələrini təmin edən geniş bir investor topluluğundan ibarətdir. Qrafiklər qazanan və itirən investorları göstərsə də, bir investorun gəlirlərini ölçmək qrafikə baxmaqdan da çətindir.

4. “Bu coin yaxşı investisiya vasitəsidir, çünki ucuzdur”.

Bu düşüncə daha çox təzə investorların 2017-ci ildə olduğu kimi geniş yayılmayıb, lakin yenə də çox tövsiyə olunur. Bəzi ucuz coinlər əsl investisiya vasitəsi olaraq düşünülür. Bu, kriptovalyutaları dəyərləndirməyin ən səhv üsuludur.

KIN olduqca yaxşı bir nümunədir. 0.01 dollara 30-dan çox KIN ala bilərsiniz. Ancaq onun bazar dəyəri heç də ideal coin olmadığını göstərir. Dövriyyədə 1 trilyondan artıq KIN var. Bazar dəyəri isə 222 milyon dollardır.

3. “Bir coindən dördəlli yapışmayın”.

Bu konsepsiya hər kəs tərəfindən qəbul edilib. Yeni investorlar üçün bir coinə bağlanmaq daha əlverişlidir. Bununla yanaşı, yeni layihələrin fərqliliyini və məziyyətini təhlil edə bilən investorlar daha uğurlu olurlar.

Əgər bir inanc sağlam əsasa dayanırsa, günlərlə, aylarla gözləmək olar. Bəzi layihələrin özünü təsdiqləməsi illərlə vaxt tələb edə bilər. IOTA buna ən yaxşı nümunədir.

2. “Bu coini al, çünki Bitcoin-dən daha yaxşıdır”.

Bu, insanları coinlərə cəlb etmək üçündür. Yeni yaradılan hər coinin Bitcoin-dən üstün olduğu deyilə bilər. Çünki onlarda əməliyyat sürəti, təhlükəsizlik daha əlverişlidir. Ancaq onların Bitcoin qədər qiymətli olacağı inandırıcı deyil.

1. “Məşhur investorların fikirlərinə qulaq as”.

Özünü təsdiqləmiş investorlardan məsləhər almaq yaxşı işdir. Lakin bəzi investor məsləhəti saytları da saxtakarlıqla məşğuldurlar. Mənfəət xarakterli işlər aparırlar. Bunun ən böyük sübutu minlərlə abunəçisi olan “YouTube” kanallarının vaxtilə “BitConnect” reklamlarını göstərməsidir.

Bəs, nə etmək lazımdır?

Əsas məsələ öz qərarlarına inanmaq və səhvlərdən nəticə çıxarmaqdır. Uğurlu investorlar da bazarda səhv etdikdən sonra özlərinə inam hissini qaytararaq nəticə qazananlardır.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.