IOTA-nın potensialı məşhur şirkətin diqqətini cəlb etdi

25 Aprel 2018

“Fujitsu”-nun mərkəzi Avropadakı filialının rəhbəri Rolf Verner Hannoverdə təşkil olunan toplantıdakı açıqlamasında IOTA ilə bağlı maraqlı ifadələr səsləndirib.

IOTA-nın gələcəyinin parlaq olduğunu bildirən Verner onun dünya səviyyəsində bir avtomatlaşdırma məhsulu olacağını düşünür.

IOTA-nın son layihəsi kimi ortaya çıxan və mərkəzi olmayan bir sistem ilə p2p bir şəbəkəni ehtiva edən, məlumat transferinin etibarlı bir şəkildə köçürülməsini təmin edən “Tangle” haqda danışan Verner bunun texnoloji cihazların özünə avtomatik nəzarət etməsini asanlaşdıracağını vurğulayıb.

IOTA hazırda insan əli dəymədən pul köçürmələri üçün xüsusiləşdirilmiş “DAG” sistemi üzərində çalışır. Bütün bu proseslər “Fujitsu”-ya şirkətin hər bir hissəsini və avadanlığını izləmə şansı yaradır.

IOTA-nın “Tangle” layihəsi ilə “Fujitsu”-nun da aralarında olduğu bir çox firmanın paylanmış dəftər texnologiyasının bəzi məhdudlaşdırmalarından xilas olacağını söyləyən Verner bunları söyləyib:

“Bu yeni texnologiya ölçüləndirilə bilir, enerjiyə qənaət edir və pulsuz pul köçürmələri etməyə imkan verir. Bu xüsusiyyətləri ilə “Tangle”-ın gələcəkdə qlobal avtomatlaşdırma sahəsində rəhbər sistem olacağını düşünürəm”.

Mövzuyla bağlı fikirlərini bildirən “Reddit” istifadəçisi Deyfn aşağıdakıları deyib:

“IOTA texnologiya sahəsindəki hər bir hissənin bir-biri ilə əlaqələndirməyə imkan verəcək texnologiyalar istehsal etməyə davam edir. “Tangle” da bunlardan biridir. Fikrimcə, insanlar tədricən IOTA-nın qələbəsinə inanacaqlar”.

Sistemin mənfi cəhətlərindən danışanlar da az deyil. Məsələn, kriptovalyuta forumu saytında bir istifadəçi belə fikir bildirib:

“Bu mənim üçün bir az qorxuducu görünür, çünki işin sonunda vəziyyət “Terminator” filminə bənzəyə bilər. Maşınlar bir-biri ilə danışıqlar aparacaq və həllər hazırlayacaqlar. İnsanlığın sonunu da belə şeylər tezləşdirə bilər. Mərkəzsiz adlandırdığımız bu texnologiyalara əslində kimlərinsə nəzarət etməsi məyusedicidir”.

Kateqoriya : Kriptovalyutalar, İqtisadi
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.