IOTA yeni platforma yaratdı – Qiymət sürətlə artdı

03 May 2018

Kriptovalyuta bazarı böyük dəyər itkisi yaşadığı günləri arxada qoydu. Bazar dəyəri çox olan əksər kriptovalyuta artım yaşayır. IOTA son gündə 17% yüksəlib.

Mayın 1-də eniş yaşandı və IOTA 1.88 dollara endi. Bu uzun çəkmədi və IOTA qısa vaxtda 2.10 dollar oldu. Hazırda isə qiymət 2.26 dollara bərabərdir.

Berlin mərkəzli IOTA şirkəti IOTA-nın ekosistem platformasını dərc etdiyini “Twitter” vasitəsilə elan etmişdi:

“Dünyanın hər yerindəki tərtibatçılarımızla, yardımsevərlərlə və IOTA layihəsinə köməklik göstərən hamı üçün IOTA platformasını yaratdıq. Məqsədimiz daha çox inkişaf üçün insanları təşviq etməkdir.

IOTA IoT üçün nəzərdə tutulmuş və “Tangle” adlandırılan öz Blockchain-i olan mikro əməliyyat tokenidir. “Tangle” nəsnələrin internetinə bağlı bütün cihazları bir araya gətirmək üçün hazırlanıb. IOTA-nın təsisçilərindən olan Sergey İvançeqlo bunları bildirib:

“Biz müasir yaşayış məkanlarını IoT cihazları ilə təchiz edəcəyik. Önümüzdəki on ildə 50 milyard məhsul dizayn olunacaq və bu məhsullar dünyanı daha yaxşı hala gətirəcək. Bunun reallaşması üçün bəzi maneələr var. IoT cihazlarının özləri vasitəsilə ödəniş edə bilməsi üçün mikroəməliyyat edə bilən sistem yaradılmalıdır”.

IOTA sistemi mədənçilər olmadan da işləyə bilir. Yeni bir əməliyyat edildikdə, həmin əməliyyat növbəti əməliyyatla təsdiqlənir. Beləliklə, sistemdəki istifadəçilərin çoxluğundan asılı olmayaraq işlər baş tutur.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.