IOTA və “Porsche” eyni layihədə yer aldı

07 May 2018

Almaniya mərkəzli təşəbbüslər/şirkətlər “IOTA”, “Porsche” və “Porsche Digital Labs” “Proqram 4” adlı bir layihə üzərində iş birliyi reallaşdıracaqlar. Layihə “Startup Autobahn”-ın rəhbərliyi altında idarə olunacaq.

Avtomobil sektorunda innovativ yeniliklərə diqqət ayıran “Autobahn” 2016-cı ilin may ayında həyata keçirilib. Şirkətin təsisçiləri “Daimler”, “Plug and Play”, Ştutqart Universiteti və “Arena2036”-dır. Nəqliyyat vasitələrinin hərəkəti və bir-birləri ilə əlaqəsi üzərinə fokuslanan şirkət qurulduğu tarixdən bu yana oxşar məqsədlərə yönəlmiş 9 təşəbbüsü özünə birləşdirib.

“Autobahn” yüksələn dəyərinə son əlavələrini “IOTA” və “Porsche” kimi ağıllı layihələr reallaşdıran şirkətlərlə iş birliyi etməklə həyata keçirdi.

“Porsche” bir neçə ay ərzində Blockchain texnologiyası üzərində işlədiyini açıqlamış və avtomobil sənayesində vasitə tanıma sistemlərini bu texnologiya ilə reallaşdırmaq üçün əməli addımlar atmışdı.

IOTA isə bir neçə əvvəl ağıllı vasitələrin kommunikasiyası üçün yaradılmış ən böyük konsorsium olan MOBI layihəsinə daxil olduqdan sonra “Program 4” ilə otomotivlərin nə dərəcədə böyük yer tutduğunu əyani şəkildə göstərmişdi.

Pul köçürməsindən savayı məlumat köçürməsinə yönəldilmiş bir təşəbbüs kimi qeyd olunan IOTA yarandığı tarixdən etibarən 2.20 dollar səviyyəsindədir və bazar həcmi 6 milyard dollardan çoxdur.

Kateqoriya : İlk addımlar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.