Hər şeyini satıb Bitcoin alan adam çadırda varlanmağı gözləyir

Didi Taihuttu
14 Oktyabr 2017

Peşəkar sərmayəçilər hər zaman “itirməyi gözə aldığınız miqdardan çox sərmayə qoymayın” desələr də 39 yaşında olan Didi Taihuttu bunun əksini etdi. Özünün və ailəsinin bütün mal varlığını satıb bu pulla Bitcoin aldı. İndi hesabında kiçik bir kriptovalyuta sərvətiylə birlikdə bir çadırda varlanmağı gözləyir.

BU ÇILĞINLIQDIR

Taihuttu Bitcoin-ə o qədər çox güvənir ki, yalnız evi və avtomobillərini deyil, motosikletlərini, velosipedlərini, paltarlarını, ayaqqabılarını və hətta uşaqlarının oyuncaqlarını da satdı.

Hal-hazırda Hollandiyanın Venlo şəhərində bir düşərgədə qalan Taihuttu, Bitcoin qiymətinin partlamasını gözləyir:

“İnsanlar dəli olduğumu söyləyəcəklər amma biz macəraçı bir ailəyik və daha sadə həyatlar yaşamaq üçün qumar oynaya bilərik. Əgər risk etməsəniz həyat çox darıxdırıcı olar.”

BLOCKCHAİN İNQİLABI

Taihuttu Bitcoin, kriptovalyuta və blokchain texnologiyasının gələcəkdə pulu və bank sistemini kökdən dəyişdirəcəyinə inanır. Belə söyləyir:

“İnternet informasiya anlayışı üçün bir inqilab idi. Məncə blockchain və kriptovalyutalar da pul sistemi üçün bir inqilabdır. Beş ilin içində hər kəs “bunun olacağını təxmin edirdik” deyəcək. Mən bu dəyişimə çox tez uyğunlaşdım.”

İLK DEYİL

Taihuttu daha əvvəl də böyük risklər almış və yoldaşıyla dünya turu etmək üçün 2017-də hər şeyini satmışdır. Asiyadan Avstraliyaya uzanan səyahətlərindən doqquz ay sonra dönən ailə bu səyahətdə Kamboçyada Angkor Wat məbədini ziyarət etmiş, Brisbane-də delfinlərlə üzmüş və Tayland sahillərində istirahət etmişlər.

KRİPTOVALYUTANI YOLDA ÖYRƏNİB

Taihuttu səfər boyunca daima kriptovalyutalar haqqında danışıldığını və buna sərmayə qoyan insanlarla tanış olduğunu bildirdi:

“Tanış olduğum insanlar kriptovalyuta ticarəti mövzusunda çox təcrübəliydi. Mənim bu mövzu haqqında hələ kifayət qədər məlumatım yoxdur”

Taihuttu bir təşəbbüskar olduğunu və 2010-dan bəri koin-lər ilə maraqlandığını da əlavə etdi.

Ethereum-un Böyük Yeniləməsi Gözlənilən Qədər Düzgün Olmayacaq

ÜFÜQDƏ PROBLEMLƏR VAR! GÖRÜNÜR Kİ, ETHEREUM-UN SONRAKI BÖYÜK YENİLƏNMƏSİ GÖZLƏNİLƏN QƏDƏR DÜZGÜN OLMAYACAQ.

Birləşmiş Krallıq əsaslı “Parity Technologies” şirkəti tərəfindən hazırlanan Parity proqramı Ethereum şəbəkəsinin 25%-ini dəstəkləyir. Ancaq hələ Ethereum-un böyük yeniləməsi üçün lazım olan protokol dəyişikliklərinin dərc olunması gözlənilir. Bazar günü hardfork üçün olması gözlənilən digər firmaların proqram yeniləmələri çoxdan dərc olunsa da, Parity Technologies şirkətinin öz payına düşən yeniləmələrində gecikmiş olduğu görünür.

Hələlik bu böyük bir problem olmasa da, gecikmə səbəbindən bəzi problemlər yarana bilər. Bunun səbəbi isə Ethereum üzərində müvəffəqiyyətli bir hardfork reallaşdırmaq üçün bütün şəbəkə nöqtələrinin özlərinə ayrılan blok sayına nisbətən yeniləmənin lazım olmasıdır.

Əvvəlcədən təyin olunan blok sayına çatdıqda bu yeniləmələr bütün şəbəkə üzərində avtomatik olaraq edilir. Təbii ki, əgər bütün proqram düzgün işləyərsə …

Parity-nin keçən həftə dərc etdiyi iki Byzantium yeniləməsi, üzərində cəmləşməsi lazım olan mövzulardan biridir. Yeniləmələr dərc edilmiş olsa da, hər ikisində də “uyğunsuzluq” xətası görünüb. Bu da, Parity-nin inkişaf etdirdiyi şəbəkənin Ethereum şəbəkəsinin geri qalanıyla ünsiyyətdə ola bilməməsi və blok zəncirinin istənməyən bir şəkildə ayrılması deməkdir.

Ən son məlumatlara baxsaq görərik ki, Parity təminatçıları hər hansı bir gecikmə olmaması üçün olduqca sıx çalışırlar.

Ether Nodes-a görə, Parity kullanıcılarının 17%-i yanlış bir Byzantium versiyası istifadə edirlər. Kaş ki, bununla bitir deyə bilsək: İstifadəçilərin 80%-i hələ dərc olunmuş yeniləmələri belə etməyiblər. Əgər Byzantium-un yeniləmə tarixi gecikərsə, böyük bir qartopunun təsiriylə daha da çox problem yarana bilər.

CoinDesk-ə məlumat verən Byzantium yeniləmə idarəçisi Hudson Jameson yeni Parity yeniləməsinin “ona deyildiyinə göre çox yaxın zamanda dərc olunacağını” söylədi.

Mənbə: CoinDesk

Kateqoriya : İlk addımlar, Kriptovalyutalar
Etiketlər : , , ,