TRON sürətlə bahalaşır: IOTA-nı qabaqladı

22 May 2018

Ötən həftə bazarda yaşanan enişlər TRON-a təsirsiz ötüşmədi. Bununla belə, TRON “MainNet”-inin bazara çıxarılmasıyla TRON-un dəyəri və bazardakı yeri baxımından irəliləyiş gözlənilirdi. Ancaq əksinə, TRON az da olsa, gerilədi. Bu durum uzun çəkmədi və TRON yüksəlməyə başladı. Bu nə deməkdir?

Əslində, vurğulanması lazım iki məsələ var: birincisi, TRON çətin günlərini geridə qoymuş kimi görünür. İkincisi, TRON üçün “MainNet” zamanıdır və ehtimal ki, TRON-un müsbət təsirləri yaxın gələcəkdə əksinə çevrilməyəcək.

“Coinmarketcap”-in məlumatlarına görə, TRON bazar dəyəri baxımından IOTA-nı yenidən qabaqlayaraq 9-cu pilləyə yüksəlib. TRON-un cari bazar dəyəri 5,4 milyard dollar təşkil edir. Bu isə böyük nailiyyətdir.

TRON 16.94% artımla 0.083 dollar səviyyəsində əməliyyat görür. Dəyərini və bazar həcmini artırmaq üçün durmadan irəliləyir.

TRON “MainNet”-inin elanı və TRON-un öz şəbəkəsinə keçəcəyinin açıqlanması kriptovalyuta cəmiyyətində isti qarşılandı. TRON-un atdığı uğurlu addımların onu həqiqi dəyərinə yüksəlməsi ehtimalından xəbər verir.

TRON-un təsisçilərindən olan Castin San gələcəkdə ilk 3 kriptovalyutadan biri olacaqlarına inanır.

Hazırda bazar gözləmə mövqeyindədir. İnvestisiya qoymaq istəyirsinizsə, araşdırma aparın. Ancaq TRON-un böyük uğurlar vəd etdiyi göz qabağındadır.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.