Son dəqiqə: Rusiya hökümətindən yeni kriptovalyuta

CryptoRuble
16 Oktyabr 2017

YERLİ XƏBƏR AGENTLİKLƏRİNƏ ÇATAN BİR SON DƏQİQƏ XƏBƏRİNƏ GÖRƏ PUTİN RUSİYANIN “CRYPTORUBLE” ADLI ÖZ KRİPTOVALYUTASINI ÇIXARMASINA QƏRAR VERDİ.

Mətbuata qapalı bir şəkildə həyata keçirilən iclasda alınan qərarlar Rabitə Naziri Nikolay Nikiforov tərəfindən dilə gətirildi.

Alınan məlumatlara görə çıxacaq olan kriptovalyuta üzərində mədənçilik əməliyyatları edilməyəcək. Eyni zamanda valyutanın bütün nəzarəti dövlət səlahiyyətlilərində olacaq. CryptoRuble arzu olunduğunda normal valyuta olan Rubl ilə alına biləcək. Lakin mübadilə qaynağı bəlli olmayan CryptoRuble sahiblərindən 13% vergi tutulacağı da deyilənlər arasındadır. Eyni vergi CryptoRuble üzərindən hər hansı bir şəkildə qazanc əldə edən istifadəçilərdən də alınacaq. Nikoforov açıqlamalarına belə davam etdi:

“Rahatlıqla deyə bilərəm ki, CryptoRuble-un arxasında tək bir səbəb var: Əgər biz etməsək 2 ay sonra Avrasiya İqtisadi Cəmiyyəti-nə üzv olan qonşularımız edəcək…”

KRİPTOVALYUTA FİKRİ HƏM QUCAQLANDI HƏM DƏ RƏDD EDİLDİ

Verilən açıqlama Rusiyanın kriptovalyuta çılğınlığına daxil olacağını göstərsə belə Bitcoin kimi mərkəzi olmayan kriptovalyutalara tətbiq edilən qadağaların aradan qaldırılacağı mənasına gəlmir. Tam əksinə əvvəlcədən də verdiyimiz xəbərlərdə yazdığımız kimi Putin bütün kriptovalyutaların qadağan edilməsini istəmişdi.

Putin-dən gələn açıqlamalar bəzi kriptovalyuta tərəfdarı olan banklardan gələn tövsiyyələrlə və Vitalik Buterin ilə edilən iclaslarla tamamilə əks mövqedə idi. CryptoRuble-un gözlənilməyən gəlişi isə Putin-in ziddiyətli açıqlamalarını təsdiqlədiyini göstərir.

Kateqoriya : İqtisadi, Kriptovalyutalar
Etiketlər : , , ,