IOTA BMT ilə əməkdaşlığa başlayır

26 May 2018

Birləşmiş Millətlər Təşkilatı və IOTA razılaşmağa imza ataraq yenilikçi qeydiyyat zənciri platformasından istifadə etməklə nə cür texnoloji innovasiyalara daxil oluna bilinəcəyi mövzusunda bir iş başladıblar.

Birləşmiş Millətlər Təşkilatının rəsmi bloqundan verilən elana görə, blok zəncirini daha yaxşı anlayaraq bu texnologiyanı öz xidmətlərində istifadəyə başlayacaqlar.

“UNOPS”-ın Blockchain texnologiyası üzrə xüsusi müşaviri Yoşiyuki Yamamoto müqaviləyə belə şərh verib:

“Maşınların, cihazların, sensorların və insanların bir-biri ilə əlaqə qurduğu bir vizionu paylaşırıq; bu, “Sənaye 4.0.” dünyasıdır”.

“Prosesin eyni vaxtda olaraq, vasitəçilərə ehtiyac duymadan işinə icazə verən bu texnologiya missiyamızı bir təşkilat olaraq sürətləndirməyə kömək edəcək”.

Təşkilat IOTA ilə birlikdə “UNOPS” işlərinin müəyyən sahələrində səmərənin artırılması hədəfi ilə “təhsil düşərgələri” və “düşüncə liderliyi seminarları” də reallaşdıracaq.

Bu yenilik Blockchain zənciri texnologiyası ilə qarşılıqlı təsirini artırmağı hədəfləyən BMT-nin işlərini sürətləndirmək istəyinə istiqamətlənib.

2017-ci ilin noyabrında “Dünya Şəxsiyyət Şəbəkəsi” ilə edilən tərəfdaşlıqla da BMT uşaqların qaçırılması və istismarı ilə mübarizə üçün rəqəmsal şəxsiyyət sisteminin yaradılmasına başlamışdı. Ethereum şəbəkəsini beynəlxalq yardımların paylanması və bu prosesin təqibində istifadə etmişdi.

Kateqoriya : İqtisadi, İlk addımlar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.