Bitcoin hal-hazırda potensiyalının yalnızca 1%-indədir

Bitcoin qiymeti
17 Oktyabr 2017

AŞAĞIDAKI MƏQALƏ VAŞİNQTONDA MÖVCUD OLAN DÜNYA BANKINDA BİR MALİYYƏ MÜTƏXƏSSİSİ OLAN VİNCENT LAUNAY-IN FİKİRLƏRİNİ TƏMSİL EDİR.

“- Zəhmət olmasa bir ət dönər, yanında da bir ayran.

– Əlbəttə, sizin hesabınız 12 bit-dir”

Buna oxşar bir ticarətin reallaşma ehtimalı var mı, yoxsa yalnız xəyal olaraq qalacaq? Nümunə göstərdiyimiz bu ehtimala görə, dünyada 1 Bitcoin-in qiyməti 1 milyon $; 1 bit-in dəyəri 1$ (bir Bitcoin-in 1 milyonda biri) və 1 Satoshi də 0.1$ etsin. Bir Bitcoin-in qiymətinin nə qədər olması barədə fikir birliyi yoxdur. JPMorgan CEO-su Jamie Dimon kimi Bitcoin-in saxtakarlıq olduğunu söyləyən də var; Bitcoin qiymətinin yaxşıca uçması lazım olduğunu düşünən Bitcoin tərəflilər də var. Bu iki-üç fikrin ortalarında bir yerdə Mohamed El Erian yaxın zamanda demişdi: “Bitcoin-in hal-hazırki qiyməti sanki geniş kütlələr tərəfindən qəbul edilmiş təəssüratı bağışlayır və belə bir şey olmayacaq”. Hətta Erian, Bitcoin-in qiymətinin o zamankı qiymətinin (şərhi etdiyi zaman 4,000 $) ancaq 3-də 1-i olması lazım olduğunu söyləmişdi. Mohamed El Erian dediyimiz adam ağıllı bir adamdır. Özü PIMCO-nun əvvəlki CEO-su, IMF-nin əvvəlki iqtisadçısı olan bir milyarderdir. Bəs haqlı ola bilər mi? Bitcoin zirvəsini çoxdan görüb mü?

BİTCOİN HƏLƏ DƏ ÇOX KİÇİKDİR

Kriptovalyuta daha mürəkkəb istifadəyə malik olsa da, məsələn Ethereum-un ağıllı müqavilələri, Bitcoin-in əsas istifadə məqsədi bir ticarət vasitəsi olmaqdır. Bu səbəbdən də Bitcoin-in rəqibi onsuz da istifadədə olan Dollar, Avro, TL, AZN kimi pul vahidləridir. Bir də ki, təbii qızıldır. Əgər Bitcoin həqiqətən də artıq geniş kütlələr tərəfindən qəbul olunsa, Bitcoin-in bazar həcmi ABŞ dollarına və qızıla yaxın olmalıdır, elə deyil mi? Amma işin əsası elə deyil. Bitcoin-in bazar həcmi hal-hazırda 90 milyard dollar ikən, ABŞ dollarının pul ehtiyatı 12,500 milyard dollardır və indiyə qədər qazılmış bütün qızılların dəyəri təxminən 8,000 milyard dollardır. Bu da o deməkdir ki, ən böyük iki rəqibiylə müqayisə edildiyi zaman Bitcoin dəyər olaraq onların ancaq 1% -nə bərabər ola bilir. Belə bir vəziyyətdə, Bitcoin üçün “geniş kütlələr tərəfindən qəbul edilib” demək nə dərəcədə doğrudur bilmirəm. Bu səbəbdən də, fikirlərinə hörmət edərək, Cənab El-Erian-la razı deyiləm.

TRİLYONA TƏRƏF, MİLYONA TƏRƏF

Bitcoin-in geniş miqyasda qəbul edilməsi üçün qiymətinin artması, hətta çox çox artması vacibdir! Aşağıdakı qrafik Bitcoin-in bazar həcmi 1 trilyon dollar (1,000 milyard $) və tək bir Bitcoin-in qiyməti 1 milyon dollar olarsa, nələr olacağını göstərir.

bitcoin price trillion

Bu qrafik İndiyə qədər sayılan 16.5 milyon Bitcoin-in uyğun vəziyyətdə olduğu fərz edilərək tərtib edildi. Əslində isə, indiyə uyğun olan Bitcoin sayı böyük ehtimalla çox azdır. Başlanğıcda hələ Bitcoin ilə birlikdə olmağın mümkün olmadığı zamanlarda yüzlərlə, minlərlə, hətta milyonlarla Bitcoin itirilmiş ola bilər. Bitcoin-in qurucusu olan Satoshi Nakamoto, Bitcoin-i yaratdığı ilk zamanlarda 1 milyon Bitcoin qazdı, ancaq bu 1 milyon Bitcoin heç vaxt şəbəkədən çıxmadı. Yəni Satoshi Nakamato ya hər zaman ən yaxşı HODL (qısaca: pulunuzu tutmaq, satmamaq) edən şəxsdir, ya da Satoshi və onun xüsusi açarları ortadan yox olub.

Bundan iki həftə əvvəl IMF-nin prezidenti Mərkəzi Banklarda çalışan işçi heyəti ilə dolu bir otaqda kriptovalyutaları “yox saymamaq” lazım olduğunu və “rəsmi pul vahidlərinə rəqib ola biləcəklərini” söylədi. Əgər vəziyyət bu qədər ciddidirsə tək bir Bitcoin-in qiymətini ağılınızdan çıxarın. Yaxın gələcəkdə insanlar tək bir Bit-in qiymətini hesablamağa başlayacaqlar…

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , , , ,