IOTA-dan əsl ralli: Qiymət durmadan artır

30 May 2018

IOTA-nın qiyməti mobil qurğular üçün hazırlanmış “Trinity” cüzdanının beta versiyasının buraxılmasından sonra sürətlə yüksəldi.

IOTA günə enişlə başladı və 1.33 dollar oldu. Ancaq bir neçə saatda 1.65 dollara qalxdı. “Coinmarketcap”-ə görə, IOTA hazırda 1.64 dollara əməliyyat görür. Bununla da bazar dəyəri 4.5 milyard dolları keçdi. Son gündə ilk onluqdakı kriptovalyutalar arasında ən çox dəyər qazanan coin oldu. IOTA-nın həcminin təxminən üçdə biri “Bitfinex”-də, bir hissəsi isə “Binance” və “OKEx”-də fəaliyyət göstərir.

“Trinity” IOTA cüzdanı

Bitcoin-in qiyməti 7 min dollar test edərkən bir andaca yüksəldi və 7400 dollara çatdı. Kriptovalyuta bazarı bir gün əvvəllə müqayisədə 15 milyard dollar böyüdü. İlk yüzlükdəki kriptovalyutalardan bəziləri dollar qarşısında dəyər itirdi.

Digər tərəfdən IOTA “rallisi” başqa kriptovalyutalarla müqayisədə daha sürətli oldu. Bu artıma “Trinity” cüzdanı səbəb ola bilər. “Trinity” cüzdanının beta versiyası “Android” və “iOS” əməliyyat sistemlərində istifadə edilə bilir.

Cüzdan interfeysi daha sadə hala gətirilib.

IOTA həftə ərzində ikinci böyük inkişafını göstərdi. Əvvəlcə Birləşmiş Millətlər Təşkilatı ilə qurumun daxili işlərinin daha şəffaf olmasına dair müqavilə imzaladılar. IOTA çoxlu əhəmiyyətli əməkdaşlıqlara imza atıb. “Porche” ilə “Autobahn” layihəsi hazırlanır. Həmçinin “Bosch” şirkəti də IOTA-ya investisiya qoymuşdu.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.