IOTA ən sürətlə artan kriptovalyutadır!

01 İyun 2018

Kriptovalyuta bazarının ən məşhur altcoinlərindən olan IOTA (MIOTA) ötən gün ən çox dəyər qazanan kriptovalyuta olub. Son 24 saatda 17% artan IOTA bu baxımdan bütün altcoinləri geridə qoyub.

IOTA komandasının “Trinity” adlı cüzdan tətbiqinin beta versiyasını bazara çıxardığını xəbər vermişdik. Bundan sonra yüksəliş başladı.

“Coinmarketcap”-in məlumatına görə, hazırda IOTA 1.77 dollar dəyərində əməliyyat görür. Yeni cüzdanın elan edilməsindən bəri sözügedən kriptovalyutanın qiyməti 31% artıb. Bununla da IOTA-nın bazar dəyəri 4.9 milyard dollara çatıb və kriptovalyutalar arasında 9-cu yerdədir.

Kriptovalyuta bazarı son günlər yüksəlişdədir. Ancaq IOTA-nın qiymətinin artması digər böyük kriptovalyutalarla müqayisədə daha qabarıqdır.

IOTA-nın fəaliyyəti

IOTA komandası son vaxtlar çoxlu sayda əməkdaşlığa imza atıb. Layihənin ən tanınan xüsusiyyəti “Tangle” əməliyyatlarını daha təsirli və şəffaf hala gətirmək istəyən müəssisələri hədəf alır. IOTA layihəsinin əsnasında fəaliyyət göstərən sektor IoT-dur.

IOTA komandası bir neçə gün əvvəl Norveçdə yerləşən bir bankla əməkdaşlığa başladığını istifadəçilərə elan etmişdi. Həmçinin, ABŞ-ın logistika sektorunda fəaliyyət göstərən bir təşkilatla da əməkdaşlığa başlanılıb.

IOTA-nın ortaya qoyduğu bu uğurlu mənzərənin memarı “Trinity” cüzdan tətbiqidir. Yeni cüzdan istifadəçilərə təhlükəsiz və asan istifadə xidmətlərini təqdim etmək niyyətindədir.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.