Bitcoin-in qiyməti nə qədər olacaq?

Bitcoin qiymeti
19 Oktyabr 2017

Cümə axşamı günü ilə birlikdə Bitcoin-in qiyməti 5.700 dollar səviyyəsinə geri qayıtdı və bir gündə hardasa 600 dollara yaxın bir artım qeydə alındı. Gün ərzində gördüyü ən yüksək əməliyyat səviyyəsi 5.700 dollara çatdı. Bəs Bitcoin-in qiyməti nə qədər olur?

Coinmarketcap məlumatlarına görə Bitcoin son 7 günün ən aşağı səviyyəsini dünən 5.100 dollar səviyyələrinə çatdı. Çərşənbə günü gün ərzində qeydə alınan 5.700 dollar səviyyəsindən bir gündə 5.100 dollar səviyyələrinə qayıtması, 6.000 dollar səviyyəsinə sıçrayış etməsi üçün bir geri qayıtma hesab olunur. Son 24 saat ərzində təxminən 12% artım qeydə alındı.

Kriptovalyutaların cəmi bazar həcmi 169 milyard dollar ikən, Bitcoin 95 milyard dollar olan bazar həcmini qoruyur və cəmi həcmi 56%-dir.

Bitcoin-in qiyməti nə qədər olacaq?

Hardasa heç bir analiz yazımız ilə “Bitcoin-in qiyməti nə qədər olacaq?” sualına cavab mahiyyəti daşıyan anlayışlardan istifadə etmirik, lakin Bitcoin-in alt quruluşundakı təxmin olunan haçalanma müddətinin yaxınlaşmasına görə Bitcoin-in qiymətinin ciddi enişlər yaşamayacağını müəyyən etmək çətin deyil.

Eynilə avqust Bitcoin Cash haçalanmasında olduğu kimi oktyabr haçalanmasında da investorların mövcud olan Bitcoin-ləri dəyəri qədər Bitcoin Gold ala biləcək olması ilə əlaqədar:

  • Əllərində Bitcoin olan investorlar varlıqlarını pula çevirmək istəməyəcək,
  • Hələ Bitcoin-ə sahib olmayan istifadəçilər həm ödənişsiz Bitcoin Gold ala biləcək, həm də stabil artım göstərən Bitcoin məzənnəsindən faydalana bilmək üçün yeni bitcoinlər ala biləcəklər.

Bu iki əsas səbəbə görə 25 oktyabr tarixinə qədər Bitcoin-in artan ehtiyac və tələbi ilə bağlı dəyərini qoruya biləcək ya da yüksələ biləcəyini deyə bilərik.

Mənbə: CoinTelegraph

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , , ,