“Kriptovalyutalar başdan-ayağa saxtakarlıqdır”

13 İyun 2018

Məşhur e-poçt xidmətlərindən olan “Hotmail”-in təsisçisi Saber Bhatya kriptoalyuta layihələrinin saxtakarlıq olduğunu, bu layihələrin konkret bir şeyə deyil, ümid və xəyallara söykəndiyini söyləyir. Bhatya açıqlamasında bunları deyib:

“Mənim gördüyüm biznes modeli açıq-aşkar fırıldaqçılıqdır. Kriptovalyutalar “whitepaper”-dən dünyanın dəyişəcəyinə dair olan ümidlərindən kənara çıxa bilmirlər”.

Bhatya fikirlərini daha yaxşı əsaslandırmaq üçün obyektlərin internet texnologiyasına diqqət ayıran IOTA-nı misal çəkib:

“IOTA adlı token var. Lakin indiyədək kimsəyə bir cihaz da satmayıblar. Bütün fikir belədir: “Gələcəkdə bir IoT cihazı digər IoT cihazıyla danışa biləcək və blockchain istifadə edərək öz aralarında maliyyə əməliyyatı edə biləcəklər”. İndiyə qədər həyata keçirilməyib, ancaq 15 milyard dollar dəyərindədir. Bu dəyərlər tamamilə spekulyativdir”.

Bhatya kriptovalyutalara Varren Baffet qədər sərt yanaşmır. Blockchain texnologiyasının ödəmə proseslərində çox ciddi faydalı ola biləcəyini, hətta ödəmə əməliyyatlarının onurğasını meydana gətirəcəyini düşünür.

Eyni zamanda, kriptovalyuta bazarındakı bir çox investorun gələcəkdə peşman olacağını düşünür. Mütəxəssisin fikrincə, kriptovalyuta bazarının yaşadığı yüksəliş “Dotcom” balonuna bənzəyir.

Bhatya Bitcoin-i bir vaxtlar yüksəlişdə olan, lakin sonradan şöhrətini itirən Pets.com ilə müqayisə edir. Bəziləri kriptovalyuta bazarını “Dotcom” balonuna oxşadır və bazarın çökəcəyini söyləyirlər. Lakin “Dotcom” balonu partlayarkən böyük çöküş yaşanmış və yeni şeylər ortaya çıxmışdı. “Dotcom” balonunun partlaması “Amazon” kimi şirkətlərin sürətlə meydana gəlməsinə zəmin yaratdı.

“GP Bullhound” da həmin tərz şirkətlərdəndir. “GP Bullhound” kriptoalyuta bazarının nə vaxtsa çökəcəyini, lakin bundan sonra bir neçə coinin qalaraq böyük yüksəliş qazanacağını proqnozlaşdırır.

“Həyatda qalmağı bacaran az sayda coin görünməmiş bir böyümə yaşayacaq”.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.